Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gürcüstanda Azərbaycan göyərtisinin qiymətinin qalxmasının şok səbəbi

© Sputnik / Igor Zarembo / Mediabanka keçidПродажа зелени, фото из архива
Продажа зелени, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Satıcılardan kimi göyərtinin qiymətinin qalxmasını ictimai nəqliyyatda qiymətlərin qalxması ilə, kimi anomal istilərlə, kimi də ərəblərlə əlaqələndirir

Fuad Əlizadə, Sputnik Azərbaycan

BAKI, 16 avqust — Sputnik. İstirahət günlərini istisnasız olaraq paytaxtdakı kənd təsərrüfatı yarmarkalarında keçirən sakinlər təzə göyərtilərin qiymətlərinin qalxmasından heyrətə gəliblər. Əlbəttə ki, sosial şəbəkələrdə ən populyar və ən ucuz ərzağın qiymətinin qalxmasının səbəbi barədə soruşurlar.

Əgər əvvəllər yarmarkada 1 manata ən geniş yayılmış göyərtilərin, təqribən (təravətindən və həcmindən asılı olaraq), 10-12 dəstəsini təklif edirdilərsə, indi ən yaxşı halda 4-5 dəstəsini təklif edirlər.

Eyni zamanda satıcılar qəzəbli müştərilərin göyərtilərin qiymətinin bu qədər sürətlə artmasına dair iradlarına elə də əhəmiyyət vermirlər. 

Keşniş - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təbiət onlara qənim kəsilib, gah suyu bol eləyir, gah tamamilə kəsir

Bundan əlavə, yarmarkaya rayondan gəlmiş satıcılar narazı alıcıları adi qaydada yola salırlar. Bilirlər ki, ticarət məntəqələrində bir dəstə göyərti 20 qəpikdən 30-a, yerlərdə isə, hətta 50 qəpiyə qalxıb.

Onu da qeyd etmək lazımdır ki, əvvəlki yarmarkalardan fərqli olaraq, keçən həftə sonu (18-19 avqust) göyərti satanların sayı az idi.

Yay ayları üçün, tamamilə, gözlənilməz olan qiymət artımı ilə bağlı eyni anda bir neçə versiya üzə çıxıb və hər bir satıcı da bunu müxtəlif səbəblərlə izah edir.

Paytaxta gələn bəzi satıcılar özlərinə çox da əziyyət vermədən qiymətlərin qalxması ilə bağlı sadəcə deyirdilər ki, bütün yerli məhsulların — qarpızın, pomidor-xiyarın və s. qiymətləri qalxıb. (Qeyd edək ki, bu tendensiya həqiqətən də mövcuddur. Əgər ötən il qarpızın kilosu 10-20 qəpik idisə, bu il bu zolaqlı giləmeyvənin kilosunu 40 qəpikdən ucuz tapmaq mümkün deyil).

Bakı kəndlərindən olan satıcılar göyərtinin qiymətinin qalxmasını asanlıqla ictimai nəqliyyatda gedişhaqlarının 50% qalxması ilə əlaqələndirirlər. (Baxmayaraq ki, satıcıların iri həcmdə olan göyərtini yarmarkalara avtobus və ya metro ilə gətirdiyinə inanmaq çətindir). 

Dmitri Medvedyev - Rusiyanın baş naziri - Sputnik Azərbaycan
RUSİYA
Baş nazir: Sanksiyaları bizə qarşı müharibənin elan olunması kimi qiymətləndiririk

Bol sulu və nisbətən sərin Gəncə-Şəmkir bölgəsinin nömrələrini daşıyan minik və yük maşınlarında dayanan satıcıların bir hissəsi göyərtinin qiymətinin artmasını bu yaxınlaradək davam edən anomal istilərlə izah edir. Onların sözlərinə görə, isti hava məhsul itkisinə səbəb olub. (Yeri gəlmişkən, bu səbəb, həqiqətən də yuxarıda göstərilən qiymət artımına və digər bitkilərin yetişdirilməsinə də təsir edən amillərdən biri ola bilər).

Bütün bunlarla yanaşı, qərb regionlarından olan satıcıların yarmarkalarda qiymət artımı ilə bağlı irəli sürdüyü maraqlı mülahizə, xüsusilə, diqqətəlayiqdir. Onların sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhəddində bir dəstə keşniş və cəfərinin qiyməti 80 qəpiklə 1 manat arasında dəyişir. Qiymətlərdəki bu əhəmiyyətli sıçrayışı onlar belə izah edirlər ki, Gürcüstanda yaşayan azərbaycanlılar əvvəllər özlərinin becərdiyi göyərtini satırdılar, indi isə onlar özləri də təzə göyləri Azərbaycandan alıb aparırlar.

Şayiələrə görə, onlar Azərbaycandan aldıqları göyərtiləri daha sonra yüksək qiymətə onların kütləvi alıcısı olan ərəb ölkələrinə satırlar. Odur ki, bilinmir, Gürcüstan azərbaycanlıları bu göyü öz daxili bazarlarında satmaq üçün alırlar, yoxsa, həqiqətən də ərəblərə baha qiymətə satmaq üçün.

Tələbatın artması ilə qiymətlərin də artması təəccüblü deyil. Bir sıra azərbaycanlı satıcılar etiraf edirlər ki, Gürcüstanda ərəblər bir dəstə cəfərini 6-7 lariyə (3,9-4,5 manat) alırlar.
Gördüyünüz kimi, təzə göyərtilərin qiymət artımının köklü səbəbləri barədə geniş fikir mübadiləsi mövcuddur.

Lakin bakılılara sadəcə bir faktı təsdiqləmək qalır ki, 10-15 qəpiklik ucuz göyərtini artıq paytaxt piştaxtalarında tapmaq mümkün deyil.

İndi burada belə bir sual yarana bilər ki, görəsən, Azərbaycan göyərtilərini ərəblər niyə Azərbaycandan yox, Gürcüstandan alırlar?!

Xəbər lenti
0