BAKI, 1 avqust — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) qarşısında etiraz aksiyası keçirilir. Sputnik Azərbaycan "112. Ukrayna" telekanalına istinadən xəbər verir ki, onlar erməni əsilli daxili işlər naziri Arsen Avakovun istefasını tələb edirlər.
Telekanalın məlumatına görə, Donbasda hərbi əməliyyatlarda iştirak edən Vitali Oleşko və Herson merinin müşavirinə təşkil edilən hücumla əlaqədar insanları DİN binasının qarşısında toplaşmağa "Pyotr Poroşenko Bloku"nun deputatı Mustafa Hayem çağırıb.
"Artıq onlarla etirazçı toplaşıb. Onlar daxili işlər naziri Arsen Avakovun istefasını və Herson vilayətinin polis rəhbərliyinin istefaya göndərilməsini tələb edirlər. Onların fikrincə, burada maraqların münaqişəsi var" — deyə telekanalın jurnalisti bildirib.