Gürcüstanı ruslardan sonra ən çox azərbaycanlılar ziyarət edir

© Sputnik / Alexander ImedashviliТбилиси
Тбилиси - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstana ən çox turist qonşu ölkələrdən — Rusiya, Azərbaycan, Türkiyə və Ermənistandan gəlir

BAKI, 4 avqust — Sputnik. İyul ayında Gürcüstanı milyondan çox beynəlxalq səyyah ziyarət edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10.5% artım deməkdir.

Sputnik Gürcüstan-ın məlumatına görə, bunu Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze keçirdiyi mətbuat konfransında deyib.

Turist səfərlərinin sayına gəlincə, bu, iyul ayında 564,9 min nəfərdən (artım +15%) artıq olub.

Gürcüstanı beynəlxalq aləmdən ən çox ziyarət edənlər Rusiya, Azərbaycan, Türkiyə və Ermənistandan gələnlər olub.

İyul ayında ölkəni 38,3 min nəfər gürcü diaspor nümayəndəsi ziyarət edib ki, onların da sayı ötən ilin iyul ayı ilə müqayisədə 0,8% az olub.

Ölkəyə gələn əcnəbilər arasında Çin (+115%), Koreya (+83%), Belarus (+55%), ABŞ (+54%) və Səudiyyə Ərəbistanından (+44%) olan səyyahların sayında xüsusi artım nəzərə çarpıb.

Gürcüstanı ziyarət edənlər arasında azərbaycanlıların sayı rusiyalılardan sonra ikinci yerdə gedir. Bu ilin iyul ayı ərzində qonşu ölkəni 169 857 rusiyalı, 155 218 azərbaycanlı turist ziyarət edib.

Gürcüstana gələn turistlərin əksəriyyəti quru və hava nəqliyyyatına üstünlük verib.

Gürcüstanda turizm sahəsi durmadan inkişaf edir. Bunu turistlərlə bağlı statistik məlumatlar da təsdiqləyir. Hər il ölkədə yeni mehmanxanalar tikilir, qida obyektlərində yoxlamalar aparılır, personal və gidlərə xidmətlə bağlı təlimlər keçirilir.

Xəbər lenti
0