ELM

Azərbaycanda hər kəsin nişangahına gələn adam: Onu işdən qovmaq azdır...

© pixabay / epiciociMüqavilə imzalayan adam, arxiv şəkli
Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun müqavimət, özünü qoruma gücü, təzyiqlərə qarşı manevr imkanları yoxdur

BAKI, 7 may — Sputnik. Bəyənmədiyimiz Sovet dönəmində O, az qala, müqəddəs varlıq idi. Onun kölgəsi görünəndə, məhəllənin ən tərbiyəsiz uşağı belə, özünü yığışdırar, damağındakı siqareti arxasında gizlədər, çöməldiyi yerdən qalxar və ədəb-ərkanla hal-əhval tutardı. Evdə valideynin sözünü dinləməyən övlad Onun nəsihəti və tənbehi ilə yanlış əməlindən çəkinərdi.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Birinci sinif şagirdini döyən müəllim işdən qovuldu

Heç bir valideyn "mənim uşağıma niyə belə dedin" deyə nəinki onun üzərinə hücum çəkməyi ağlından keçirməz, əksinə uşağının qulağını çəkərdi ki, "deməli, bir səhvin olub ki, O, sənin üstünə acıqlanıb, çünki sənin qarşındakı MÜƏLLİMdir".

Və indi… Kimin kimə gücü çatmır, müəllimin üstünə cumur. Kimin kimə qarşı acığı var, lakin ona bata bilmir, hirsini müəllimin üstünə tökür. Hansı vətəndaşın hansı idarədən şikayəti, narazılığı var, amma başı o idarəyə girəcək qədər böyük deyil, məktəbə basqın edir.

İndi… Valideyn təhsil sistemindən, bu sistemi quran və idarə edənlərin əlindən yanıqlı olur, bunun əvəzini yetim müəllimə ödətdirir. Təhsilin başında dayananlar vətəndaşın təhsil sistemindəki problemlərə etirazına cavab olaraq, hansısa bir müəllimi işdən qovmaqla problemi "həll etmiş" olurlar.

Bu gün, sanki bütün dərd-azarımızın yeganə günahkarı sıravi müəllim – 200-300 manata gözünün nurunu, əsəbini, ömrünü fəda edən insandır. O, həm cəmiyyətin, həm də təhsil sistemi rəhbərliyinin nəzərində ən asan hədəfdir. Onu cəzalandırmaq, aşağılamaq, işdən qov(dur)maq və hər kəsə "baxın, günahkar cəzasına çatdı" deyə öyünmək o qədər asandır ki…

Çünki onun müqavimət, özünü qoruma gücü, təzyiqlərə qarşı manevr imkanları, "sən mənə belə etsən, mən də sənin filankəsini içəri atdıraram, bəsmənkəsini işdən qov(dur)aram, o biri kəsinin işığını kəsdirərəm, bu biri kəsinin obyektinə yoxlama göndərərəm" kimi əlində hədə-qorxu mexanizmi yoxdur. O, sadəcə zəif bənddir.

Onun adamı yoxdur. Adamı olsaydı, elə ən azından, rayon təhsil şöbəsinin müdiri olardı, daha niyə sıravi müəllim olsun ki? Onun pulu yoxdur, pulu olsaydı, Şəppəli ilə Şüppəlinin tərbiyəsiz gədələrinin sinifdə çıxardıqları hoqqalara dözərdimi, nədi-nədi ayın axırında 200 manat alacaq deyə?

Уголовный кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Direktorun "nəslini kəsən" aktyor barədə: "Vəzifəli şəxsi təhqir və təhdid edib"

Və adamı, pulu olmayan birisinin qələmini qırmaq sosial şəbəkədə paylaşılan bir həvəskar video-kadra baxar. Kim çəkib, niyə çəkib, önəmli deyil. Görüntülər həqiqətdirmi, yalandırmı, əhəmiyyət daşımır. Əsas odur ki, "tədbir" görülür və ortalıq sakitləşir.

Onun qələmini qırdırmaq kənddə "ad" qazanmış "Ləçər Tükəzban"ın əlində su içmək kimi bir şeydir. Bircə dəfə məktəbin qabağında fırtına qopardımı, o fırtınanın tozu yatmamış fağır Gülnarə müəllimin əmri gəlir. Çünki o müəllim çox böyük səhv edib, qanunları ayaq altına atıb, nizam-intizam qaydalarını kobud şəkildə pozub, təhsil sisteminin adına ləkə gətirib – Tükəzbanın arxa partada qızların saçını dartışdıran 10 yaşlı nəvəsi "Alasəy Kələntər"dən soruşub ki, "a bala, sən evdə də beləmi edirsən?". Yetər ki, "Ləçər"in hay-həşiri bəzi uzaq yerlərə gedib çatmasın…

P.S.

Bu yazıda yer alan fikirlər kimsənin kimsənin övladına qarşı zorakılıq etməsinə, MÜƏLLİM adı altında qeyri-etik və kobud rəftarlara, şagirdlərdən qanunsuz yığımlar edilməsinə (xüsusilə rəhbərlikdən xəbərsiz) və ümumiyyətlə MÜƏLLİM adına yaraşmayan heç bir davranışa HAQQ QAZANDIRMIR!

Xəbər lenti
0