CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci sinif şagirdini döyən müəllim işdən qovuldu

© AR Ministry of EducationAzərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Valideyn ədalətli mövqeyə görə Təhsil Nazirliyinə təşəkkür edib

BAKI, 2 may — Sputnik. Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bu barədə uşağın valideyni Xanım Əliyeva öz Facebook səhifəsində məlumat yayıb.

X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva "Facebook"da məlumat yayaraq, qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.

Xəbər lenti
0