CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Direktorun "nəslini kəsən" aktyor barədə: "Vəzifəli şəxsi təhqir və təhdid edib"

© Sputnik / Anar MustafayevУголовный кодекс Азербайджанской Республики
Уголовный кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
"Aktyor həm də bu əməli ilə vəzifəli şəxsin qərar qəbul etməsinə də təsir etməyə çalışır"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Bir neçə gündür ki, aktyor Rza Rzayevin Bakı şəhəri 220 nömrəli məktəb-liseyində qeydə alınmış video-görüntüləri sosial şəbəkələrdə müzakirə edilir. Müzakirəyə qoşulanların bəziləri aktyoru haqlı çıxarır, məktəb direktorunun isə "aktyorluq" etdiyini düşünürlər.

© Photo : Facebook / Rza RzayevRza Rzayev
Rza Rzayev - Sputnik Azərbaycan
Rza Rzayev

Bir qism sosial şəbəkə istifadəçiləri isə həmin video-görüntülərin aktyordan xəbərsiz çəkildiyini, daha sonra gizlin şəkildə sosial şəbəkələrə ötürüldüyünü idda edirlər. Digərləri isə aktyorun qanun pozduğunu, təhqir və təhdidə yol verdiyini bildirirlər. Bəs qanun nə deyir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. BŞTİ-dən qeyd olunub ki, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktor Tural Mirzəliyevin otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan olduqca nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

Hadisə digər şəxslərin şahidliyi ilə baş verib. Direktorun xidməti otağında açıq şəkildə quraşdırılmış video kameradan görüntülər və hadisə barədə müvafiq akt hüquq-mühafizə orqanlarına təqdim edilib. Yəni heç də video görüntülər gizlin şəkildə çəkilməyib, bundan aktyorun xəbəri olub.

© Photo : PUBLIC DOMAINHüquqşünas Tağı Hüseynov
Hüquqşünas Tağı Hüseynov - Sputnik Azərbaycan
Hüquqşünas Tağı Hüseynov

Məsələni Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Tağı Hüseynov R.Rzayevin qanun pozuntusuna yol verdiyini deyib: "Videodan göründüyü kimi, aktyor məktəb direktorunu təhqir edir. Bu da direktora əsas verir ki, birbaşa məhkəməyə müraciət etsin. Məsələ Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tənzimlənə bilər. Şahidlər var, kamera var. Hamı görür ki, aktyor direktoru təhqir edir".

Hüquqşünas onu da vurğulayıb ki, burada ağırlaşdırıcı səbəblər də var: "Vəzifəli şəxsi verdiyi qanuni əmrə görə, nəyəsə məcbur etmək, təhqir etmək ağırlaşdırıcı səbəb ola bilər. Hansısa incəsənət nümayəndəsinin vəzifəli şəxsin iş yerinə gedərək ona hədə-qorxu gəlməsi düzgün deyil. Bəlkə də hisslərini cilovlaya bilməyib, amma kiməsə fikrimizi bu formada bildirməli deyilik. Davranış qaydaları var və hamı buna əməl etməlidir".

Hüseynov əlavə edib ki, aktyor həm də bu əməli ilə vəzifəli şəxsin qərar qəbul etməsinə də təsir edir: "Hər bir halda, direktor məhkəməyə müraciət edib haqqını tələb edə bilər".

Hüquqşünas baş vermiş hadisənin videosunun yayılmasına da münasibət bildirib: "Deyirlər ki, video yayılmaqla şəxsi məlumatlar yayılıb. Videoda heç bir şəxsi məlumat yoxdur. Videodan göründüyü kimi, aktyor deyir ki, "istəyirsən, səsimi də yaz". Bu, şəxsi həyat sirri deyil. Hadisə insanlar arasında baş verib. Aktyor videoda açıq şəkildə direktoru təhqir edir və "nəslini kəsməklə" hədələyir. Aktyor bu məsələyə görə həbs də edilə bilər, ona cərimə də tətbiq edilə bilər".

"Direktorda da müəyyən günah var. Videodan görünür ki, direktor-işçi münasibətləri pozulub. Direktorun hansısa işçisinə "adının mənası oddur, alovdur" deməsi normal deyil. Ona deyiləndə ki, sən belə demisən, o, inkar etmədi, dedi ki, "lap demişəm". Bu da düzgün addım deyil. Direktor özü də işçi-rəhbər qaydalarını pozub", — T.Hüseynov deyib.

Xəbər lenti
0