Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Beynəlxalq qalmaqal: Ermənilərdən pul alıb dopinqlərə göz yuman məmur ifşa edildi

© Sputnik / Valery Melnikov / Mediabanka keçidMoskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov
Moskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov - Sputnik Azərbaycan
Abunə olmaq
Qriqori Rodçenkov erməni ağır atletlərinin müsbət çıxan dopinq nümunələrini gizlətməklə onlara kömək edirmiş.

BAKI, 29 mart — Sputnik. Ümumdünya Antidopinq Agentliyinin (WADA) məlumat ötürəni, Moskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodçenkov erməni ağır atletlərinin müsbət çıxan dopinq nümunələrini gizlətməklə onlara kömək edirmiş. Bu atletlər arasında 2008 və 2012-ci il Olimpiya Oyunlarının medalçıları da var.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı qeyri-kommersiya layihəsi olan "Korrupsiya və mütəşəkkül cinayətkarlığın araşdırılması mərkəzi" yayıb.

Лаборатория допинг-контроля. Архивное фото - Sputnik Azərbaycan
İDMAN
Olimpiadada ilk dopinq qalmaqalı baş verdi

"Dopinq proqramı"nın necə işləməsi barədə başda iki olimpiya mükafatçısı olmaqla Ağır atletika üzrə Ermənistan yığmasının 7 üzvü danışıb. Onların sözlərinə görə, idmançılara idman göstəricilərini yüksəltməyə kömək edən preparatları əldə etməyə yardım göstəriblər. Onlara xəbərdarlıq ediblər ki, sidik nümunələri götürülərkən "təmiz" nümunələri təqdim etsinlər. Həmin "təmiz" nümunələr əvvəlcədən götürülərək hazır saxlanılırmış və təkrar test zamanı onlardan istifadə edilirmiş. Beynəlxalq yarışlara isə yalnız test nümunələri "təmiz" çıxan idmançılar yollanırmış. 

Ermənistan yığmasının sabiq üzvü Ağasi Aqasyanın sözlərinə görə, Ermənistan Ağır Atletika Federasiyası çalışıb ki, "heç kəs ələ keçməsin".

Dopinq nümunələri Rodçenkovun laboratoriyasına "təmiz" sertifikatla gedirmiş. Ermənistan Antidopinq Agentliyinin rəhbəri Areq Ovannisyanın sözlərinə görə, testləri Rodçenkova göndəriblər, pulu isə ona nağd ödəyiblər. 

Мария Шарапова - фото архив - Sputnik Azərbaycan
İDMAN
"Şarapovanın qəbul etdiyi dərmanda dopinqlik heç bir effekt yoxdur"

Ermənistanın Ağır Atletika Federasiyası, eləcə də Türkiyə, Rusiya, Çin, Belarus, Azərbaycan, Ukrayna və Moldova federasiyaları hazırda dopinq şərtlərini pozduqlarına görə 1 il müddətinə yarışlardan uzaqlaşdırılıblar.

Rodçenkov 2016-cı ildə "Nyu York Tayms"a (New York Times) Rusiyanın "dopinq proqramı"nın mövcud olduğunu bildirib və WADA-ya məlumat ötürüb. Bununla da böyük beynəlxalq qalmaqalın yaranmasına və Rusiya idmanına dair bir sıra araşdırmaların başlanmasına səbəb olub. Onun "xidmətləri" sayəsində Rusiya idmançılarının çoxunun adı dopinq qalmaqallarına qarışıb və RF beynəlxalq idman yarışlarının çoxundan kənarlaşdırılıb.

Xəbər lenti
0