BAKI, 13 fevral — Sputnik. Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən qış Olimpiya oyunlarında ilk dəfə dopinqdən istifadə hadisəsi qeydə alınıb.
"Report" xəbər verir ki, buz üstə sürətli konki sürmə yarışının iştirakçısı, yapon idmançısı Key Sayto dopinq testindən keçib.
21 yaşlı yapon idmançısında qadağan edilmiş dərman preparatı aşkar olunub. Preparatın adı açqılanmır.
Yaponiyanın Milli Olimpiya Komitəsinin rəhbərliyi Saytonun dopinq testi ilə bağlı bu gün – fevralın 13-də mətbuat konfransı keçirəcək. Sayto Yaponiya komandasının heyətində ehtiyat oyunçu idi. O, qış Olimpiya oyunlarında dopinq testindən keçən ilk yapon idmançısıdır.