Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Şarapovanın qəbul etdiyi dərmanda dopinqlik heç bir effekt yoxdur"

© Sputnik / Anton DenisovМария Шарапова - фото архив
Мария Шарапова - фото архив - Sputnik Azərbaycan
Abunə olmaq
Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə setorunun müdiri: "Biz bu meldoni preparatının dopinq siyahısına düşdüyünü hələ ötən ildən bilirdik"

BAKI, 10 mart — Sputnik. Bu günlərdə idman mediasında yayılan şok effekti yaradıb. Dünyanın ən güclü xanım tennisçilərindən olan Mariya Şarapovanın qanında dopinq akarlanıb və buna görə idmançı xanımın idmandan bir neçə illik uzaqlaşdırılmasına dair qərar verilib. Rusiyalı tennisçi 10 ildir bu dərmandan istifadə etdiyini və meldoni preparatının dopinq siyahısına salındığından xəbərsiz olduğunu etiraf edib.

Mariya Şarapova - Sputnik Azərbaycan
"Dopinq ittihamı siyasi təzyiq vasitəsidir"

Məsələnin qalmaqallı tərəfi, nələrin dopinq hesab olunması, Şarapovanın təqsirli olub-olmaması ilə bağlı Sputnik-in əməkdaşı, Gənclər və İdman Nazirliyinin Dopinqə qarşı mübarizə setorunun müdiri İradə Rüstəmzadə ilə həmsöhbət olub.

- İradə xanım, Mariya Şarapova, 10 il istifadə etdiyi dərmana görə onu idmandan uzaqlaşdırdıqlarını deyir. Bu qərar nə dərəcədə düzgündür?

— Hər il qadağa olunan dərmanların siyahısı dəyişir. Hər il sentyabr ayının 1-dən artıq yeni ildə qadağan olunacaq dərmanların siyahısı hamıya təqdim olunur. Hətta biz də keçən il sentyabr ayından bilirdik ki, meldoni adlı dərman yanvarın birindən qadağan olunacaq. Biz də öz növbəmizdə bütün federasiya həkimləri ilə əlaqə saxlayıb bu haqda məlumat verdik və siyahını göndərdik.

- Amma, sözügedən dərmanın dopinq olub-olmadığını idmançı özü müəyyənləşdirə bilməz…

— Bəli, Mariya Şarapova ilə birlikdə bir neçə başqa idmançı da dopinqin testindən uğursuz çıxıblar, məhz bu dərmana görə. Deməli həmin idmançıların həkimləri diqqətli olmayıblar.

- Sizcə, meldoni həqiqətən dopinqdir?

— Şəxsən öz fikrimi qeyd edim ki, bu dərmanda dopinqlik heç bir effekt yoxdur. Sadəcə bərpaedici funksiya daşıyan dərman preparatıdır. Dopinq odur ki, idmançıya xüsusi enerji verir və idmançı rəqibindən üstün olur. Amma meldranatda belə bir funksiya yoxdur. Amma gərək idmançılar da diqqətli olaydılar. Əgər dərman siyahıya alınıbsa, nə olur olsun, ondan uzaq durmaq lazımdır. Günah həkimlərin günahıdır. Gərək diqqətli olaydılar və indi Şarapova kimi idmançı koryerasında belə bir problemlə üzləşməzdi.

- O zaman məsuliyyət kimin üzərinə düşür?

— Belə bir qanun var ki, dopinq idmançıda aşkarlananda məsuliyyət idmançıda olur. Amma idmançı idmanı ilə məşğul olmalıdır. Həkim də öz işini görməlidir. Hər kəs öz işini peşəkarcasına yerinə yetirməlidir. Mən fikir vermişəm, artıq neçənci dəfədir Rusiyanın bir neçə məşhur idmançısı həkimlərin səhvindən dopinqə görə idmandan uzaqlaşdırılıb. Bir nüans var. Həkimlərin əksəriyyəti də deyir ki, "biz bütün məsuliyyəti daşıyırıqsa, bütün işləri görürüksə, idmançı uğur qazananda həm uğurunda, həm də maddi gəliri zamanı həkimi xatırlamır". Heç vaxt idman həkiminə xüsusi adlar verilmir, məhz buna görə çox idman həkimləri öz işlərinə laqeyd yanaşırlar. Yenə deyirəm, hər kəs nə olur olsun, öz işini peşəkarcasına yerinə yetirsə, belə problemlər yaranmaz.

Xəbər lenti
0