Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanda daha bir federasiya təsis edildi

© Photo : AZƏRTACAzərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi
Azərbaycan Məktəb İdmanları Federasiyasının təqdimat mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirinin müavini: "Təhsil Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçirəcək"

BAKI, 1 mart — Sputnik. Bu gün Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AMİF-in prezidenti, millət vəkili Sevinc Hüseynova, təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Fuad Muradov və digər şəxslər iştirak ediblər.

Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
İDMAN
Nazirlik federasiya ətrafındakı söhbətlərə aydınlıq gətirdi

Tədbirdə çıxış edən millət vəkili Sevinc Hüseynova bildirilib ki, Beynəlxalq Məktəb İdmanları Federasiyası (İSF) beynəlxalq rəhbər orqandır və 1972-ci ildə Avropanın 21 ölkəsinin imzası ilə təsis edilib: "Təşkilatın əsas məqsədi məktəblərdə yeniyetmələr arasında idmanın və sağlam həyat tərzinin aşılanması üçün beynəlxalq yarışların təşkilindən ibarətdir”.

Daha sonra AMİF haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Millət vəkili çıxışı zamanı onu da qeyd edib ki, İSF-ə 43 idman növü daxildir: "Azərbaycan məktəblərində isə 10-dan çox idman növü tədris olunur".

Daha sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxışı zamanı yeni yaradılan AMİF-ə uğurlar arzulayıb və qurumun görəcəyi işlərin böyük əhəmiyyət daşıyacağını vurğulayıb: "Azərbaycanda hal-hazırda 83 federasiya fəaliyyət göstərir. AMİF 84-cü federasiya olacaq. Federasiyanın adı Azərbaycan Məktəb İdman Federasiyası olsa, daha yaxşı olar. Lakin bu, bir o qədər də önəmli deyil. Əsas olan federasiyanın görəcəyi işlərdir. İdmançılarımız məktəbdən formalaşır. Buna önəm verməliyik. Dünyada məktəblilər arasında bir sıra beynəlxalq yarışlar təşkil olunur. Bu federasiyanın gələcəkdə müxtəlif idman növləri üzrə qolları da ola bilər. Biz AMİF-ə kömək etməliyik. Həmçinin Təhsil Nazirliyi, müxtəlif cəmiyyətlər öz dəstəklərini verməlidirlər".

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışı zamanı bunları deyib: "Bu sahə bizi narahat etməyə bilməz. Bütün idmançılar məktəbdən keçməlidir. Biz məktəblilərə qarşı bir addım atsaq, onlar bir neçə addım atacaqlar. Çünki məktəblilər arasında böyük həvəs var. AMİF bu işin beynəlxalq səviyyədə təşkilində yardımçı olacaq. Tövsiyəm budur ki, siz öz iş planlarınızı yerli federasiyalara təqdim edəsiniz. Həmçinin İSF ilə sıx əməkdaşlıq etmək lazımdır. MOK yeni quruma öz dəstəyini göstərməyə hazırdır".

Студия международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Federasiya Prezidenti: “Əsas rəqibimiz İran komandasıdır”

Firudin Qurbanov isə ölkədə idmanın inkişafından, dövlətin gənclər siyasətindən söz açıb, AMİF-in fəaliyyətinin bu istiqamətdə öz dəstəyini verəcəyini vurğulayıb. O, Təhsil Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə birgə bir sıra tədbirlər həyata keçirdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, AMİF 2017-ci ildə təsis olunub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan bu il baş tutacaq Gimnaziya Oyunlarına beynəlxalq federasiyanın üzvü kimi qatılacaq.

Xəbər lenti
0