BAKI, 11 oktyabr — Sputnik. Mətbuatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Qolf Federasiyasının fəaliyyətini dayandırdığı barədə məlumat gedib.
Sputnik Azərbaycan Gənclər və İdman Nazirliyindən məsələni dəqiqləşdirib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova agentliyə bildirib ki, Qolf Federasiyası bağlanmayıb: "Federasiya bağlanmayıb, sadəcə fəaliyyətini müvəqqəti olaraq dondurub. Bu o deməkdir ki, federasiya gələcəkdə fəaliyyətini davam etdirəcək".
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyası 2012-ci ildə yaradılıb.