Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Federasiya Prezidenti: “Əsas rəqibimiz İran komandasıdır”

© Sputnik / Igor Russak / Mediabanka keçidСтудия международного информационного агентства и радио Sputnik
Студия международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Azər Həsənsoy deyir ki, Uşu Sanda üzrə dünyanın bir neçə komandası favorit sayılır

Azər Həsənsoy: “Azərbaycan idmançıları texniki hazırlıq cəhətdən güclüdürlər”
Azərbaycan Uşu Federasiyasının Prezidenti Azər Həsənsoy Sputnik Azərbaycana deyir ki, ümumiyyətlə Uşu Sanda üzrə dünyanın bir neçə komandası favorit sayılır: “Bunlardan Çin, Rusiya, İran idmançıları əsas favoritlərdir. Çin və Rusiya komandaları İslam Həmrəyliyi Oyunlarında iştirak etmədiyi üçün əsas rəqibimiz İran komandasıdır. Düşünürəm ki, bu qədər hazırlıqdan sonra bu idmançılarımıza elə də böyük problem yaratmayacaq”.

“Etiraf etməliyəm ki, İran idmançıları çox güclüdürlər, əsasən də fiziki cəhətdən. Bizdən fərqli olaraq onlar il boyu məşqdədirlər. Amma İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları texniki hazırlıq cəhətdən ən güclüdürlər. Ola bilər fiziki cəhətdən geri qala bilərlər, ancaq texniki hazırlıq çox yüksək səviyyədədir” – deyə  o bildirib. IV İslam Həmrəyliyi Oyunları — 2017-ci ilin 12-22 may tarixlərində Bakı şəhərində baş tutacaq. Oyunlarda 20 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Xəbər lenti
0