CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaret çəkənlərin nəzərinə!!!

© Sputnik / Anar Mustafayevİctimai yerdə siqaret çəkən insanlar, arxiv şəkli
İctimai yerdə siqaret çəkən insanlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vəzifəli şəxslər dörd yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək

BAKI, 29 dekabr — Sputnik. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanun artıq rəsmi hüquqi qüvvəsini alıb. Qanunda tütündən istifadə (siqaret çəkmə) ilə bağlı çox ciddi məhdudiyyətlər var. Əsas məsələ bunun qadağan edildiyi yerlərdir. Qadağan edilən yerlərdə çəkməyə görə məsuliyyət (30 manat cərimə) də var. Düzdür, cərimə dərhal tətbiq edilməyəcək. Bunun üçün İnzibati Xətalar Məcəlləsində (İXM) də yüngülvari dəyişikliklər lazımdır, həm də bir müddət güclü təbliğat getsə, yaxşı olar".

Сигаретный окурок, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Restoranlarda siqaret çəkilməsi necə tənzimlənəcək?

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook səhifəsində yazıb. O, bildirib ki, təhsil və tərbiyə müəssisələrinin, səhiyyə və tibbi-reabilitasiya müəssisələrinin nəinki daxilində, hətta onların həyətində (ərazilərində) də siqaret çəkmək birmənalı olaraq qadağandır. (Bunu uşaq dalınca gedərkən məktəbin qabağında siqaret çəkənlər yaxşı yadda saxlasınlar)

Əsas məhdudiyyətlərin mahiyyəti ilə tanış olmaq üçün qanunun 10-cu maddəsinə və İXM-in 212-ci maddəsinə baxın:

Maddə 10. Tütün çəkilməsinə icazə verilməyən yerlər

10.1. Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

10.1.1. təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

10.1.2. səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

Сигареты, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Siqaret böhranı yaşayırıq

10.1.3. idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

10.1.4. restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;

10.1.5. ticarət obyektlərində;

10.1.6. məişət obyektlərində;

10.1.7. sosial xidmət müəssisələrində;

10.1.8. yerləşdirmə vasitələrində;

10.1.9. teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

10.1.10. uşaq meydançalarında;

Hüquq müdafiəçisi Asif Abdullayev - Sputnik Azərbaycan
Abdullayev: “Siqaret çəkən insanlar üçün müvafiq yerlər yaradılmalıdır”

10.1.11. yerüstü qapalı və yeraltı piyada keçidlərində;

10.1.12. müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

10.1.13. metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

10.1.14. hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

10.1.15. hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

10.1.16. liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

Siqaret çəkən adam, arxiv şəkli - Sputnik Azərbaycan
RUSİYA
Siqaret çəkənlərə yeni vergi gəlir

10.1.17. taksafonlarda;

10.1.18. yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

10.1.19. mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

10.2. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri bu Qanunun 10.1-ci maddəsində göstərilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

10.3. Bu Qanunun 10.1.3-cü, 10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində göstərilən yerlərdə tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər.

10.4. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

İXM-in 212-ci maddəsi:

Maddə 212. Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi

Курение, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Balkonda siqaret çəksəniz, qonşunuz sizdən pul tələb edə bilər

212.1. Bu Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə-

otuz manat məbləğində cərimə edilir.

212.2. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-

vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.

Xəbər lenti
0