Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Siqaret böhranı yaşayırıq

CC0 / sipa / jigaretsСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə papiros və siqaret istehsalı tənəzzüldə

BAKI, 23 noyabr — Sputnik. Bu ilin 10 ayında Azərbaycanda papiros və siqaret istehsalı 47,3% azalıb. İlk üç rübdə idxal da qiymət ifadəsində 4,4% azalıb. Qeyri-rəsmi məlumata görə, tütün məmulatının qeyri-leqal dövriyyəsi istehlakın 10-15%-i qədərdir.

Вино, фото из архива - Sputnik Azərbaycan
Alkoqollu içkilər və tütün məmulatları kəskin bahalaşacaq: aksiz dərəcələri artırılır

"Marja" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-oktyabr dövründə Azərbaycanda 748 milyon ədəd siqaret istehsal edilib. İstehsal həcmi əmtəə ifadəsində 47,3%, qiymət ifadəsində 6,6% azalıb. İstehsalçıların siqaret satışından gəlirləri 30,5 milyon manat olub.

Azərbaycanda siqaret istehsalçısı olan "European Tobacco-Baku" ASC istehsalın iki dəfə azalmasının səbəbi barədə yazılı sorğuya cavab verməyib. Bu ilin martından müəssisəyə Toğrul Hacıyev rəhbərlik edir. T. Hacıyev əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib. O, bu vəzifədə Milli Məclis üzvü, qanunvericiliyin tələbinə zidd olaraq kommersiya müəssisəsinə rəhbərlik edən Rüfət Quliyevi əvəz edib.

Xəbər lenti
0