CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abdullayev: “Siqaret çəkən insanlar üçün müvafiq yerlər yaradılmalıdır”

© Photo : Facebook / asif.abdullayev.7Hüquq müdafiəçisi Asif Abdullayev
Hüquq müdafiəçisi Asif Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquqşünas Asif Abdullayev deyir ki, Azərbaycanda siqaretlə bağlı qadağaların işləkliyi sıfır səviyyəsindədir

Asif Abdullayev: “Qanunun tətbiqinə nəzarət edilmir”
Azərbaycanda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna əsasən restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla) siqaret çəkilməsinə icazə verilmir.

Hüquqşünas Asif Abdullayev Sputnik Azərbaycan-a deyir ki, qadağalarla yanaşı qanunvericilikdə o da göstərilir ki, siqaret çəkən insanlar üçün xüsusi yerlər ayrıla bilər: “İnsanların haradasa gizlində, ya da qadağan olunmuş yerlərdə siqaret çəkməməsi üçün müvafiq yerlər ayrılsa daha yaxşı olar. Azərbaycanda siqaretlə bağlı qadağaların işləkliyi sıfır səviyyəsindədir. Qanunun tətbiqinə nəzarət edilmir”.

Xəbər lenti
0