Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Balkonda siqaret çəksəniz, qonşunuz sizdən pul tələb edə bilər

© REUTERS / Eric GaillardКурение, фото из архива
Курение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Buna görə də mənzildə elə siqaret çəkmək olar ki, tüstü və qoxu mənzildən kənara çıxmasın və digər qonşular üçün narahatlıq yaratmasın

BAKI, 29 noyabr — Sputnik. Rusiya Ali Məhkəməsi şəxslərin balkonda siqaret çəkən qonşulardan kompensasiya tələb etməsinə icazə verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məhkəmə bu qərarı Novosibirskdə yaşayan iki qonşunun mübahisəsinə baxarkən belə qərar verib. Onlardan biri balkonda siqaret çəkirmiş. Digərinə isə siqaret tüstüsü mane olurmuş. Mübahisəli proses iki il davam etdikdən sonra məsələ Ali Məhkəməyə qədər çıxıb.

Ali məhkəmədə izah edilib ki, rusiyalıların siqaret tüsütü olmayan, xoş mühitdə yaşamalarına hüquqları var. Buna görə də mənzildə elə siqaret çəkmək olar ki, tüstü və qoxu mənzildən kənara çıxmasın və digər qonşular üçün narahatlıq yaratmasın.

Ali Məhkəmə aşağı instansiyaların kompensasiyadan imtina edən qərarlarını ləğv edərək 5 min rubl məbləğində (145 manat) cərimə tətbiq edib. Ancaq iddiaçı 250 min rubl (7200 manat) tələb edirmiş…

Xəbər lenti
0