Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qüds gedişi" Trampı xilas etdi

© AFP 2024 / TIMOTHY A. CLARYПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, yəhudi lobbisinin maraqlarını müdafiə edərək öz postunu bu dəfə də qoruya bildi

BAKI, 8 dekabr — Sputnik. ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımasından sonra müsəlman ölkələrində kütləvi aksiyalar başlayıb. Fələstin başda olmaqla, Türkiyə, Mərakeş, Misir, Tunis, İran, İndoneziya, İraq və digər ölkələrdə insanlar küçələrə çıxaraq əllərində Fələstin bayrağı və Qüds yazılan plakatlarla ABŞ əleyhinə şüarlar səsləndiriblər.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”

Etiraz dalğasının daha da böyüyəcəyi istisna edilmir. Artıq Fələstin lideri Mahmud Abbas xalqı silahlı müqavimətə səsləyib. O, Qüds şəhərinin müsəlmanlar üçün müqəddəsliyini xatırladaraq uğrunda ölməyə hazır olduqlarını bildirib. Beləliklə, "Qüds mövzusu" yenidən dünya üçün ən qızğın müzakirə obyektinə çevrildi.

Xatırladaq ki, 1967-ci ildə baş verən "altı günlük müharibə"də İsrail Şərqi Qüdsü işğal edib. Bu vaxta qədər Qüds İordaniyanın nəzarəti altında olub. 1967-ci ildən bu günə qədər Qüds İsrailin işğalı altındadır.

İsrail 1980-ci ildə qəbul etdiyi qanunla Qüdsü "bölünməz paytaxt" elan edib. Eyni qanunla şəhərdə yaşayan ərəblərə vətəndaşlıq verilib. Ərəblər isə Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar.

1993-cü ildə imzalanan "Oslo Sülh Müqaviləsi"ndə Qüdsün yekun statusunun sülh danışıqlarının növbəti mərhələlərində müzakirə edilməsinə razılıq verilib. İsrail dövlətinin parlamenti, prezident administrasiyası, baş nazirlik və nazirlik kimi rəsmi qurumlar Qüdsdə yerləşir.

1967-ci ildən bu günə kimi İsrail Qüdsdə 10 yeni yaşayış məntəqəsi inşa edib. 200 min yəhudi şəhərə köçürülüb. Beynəlxalq hüquqa əsasən, yəhudi yaşayış məntəqələrinin inşası qeyri-qanunidir. Amma İsrail buna etiraz edir.

Qüds əhalisi 850 min nəfərdir. Əhalinin 37 faizi ərəb, 61 faizi isə yəhudidir.

Amma İsrailin Qüdsü paytaxt elan etməsi beynəlxalq arenada tanınmır. Heç bir dövlətin səfirliyi Qüdsdə deyil. Bu səbəbdən Trampın açıqlaması Qərb ölkələrinə bu istiqamətdə bir çağırış ola bilər.

İstənilən halda, Trampın qərarı bölgədə gərginliyi artırıb. Artıq rəsmi Ankara da İslam Əməkdaşlıq Təşkilatının təcili yığıncağını çağırıb. Öz növbəsində İran İslam Respublikası, Livandakı "Hizbullah" təşkilatı üzvlərinə Suriya vasitəsilə müasir silahlar göndərməyə davam edir.

Palestinian students waving the national Palestinian flag and a model of Jerusalem's Dome of the Rock mosque protest in the streets of the southern Lebanese port city of Sidon on December 7, 2017 against US President Donald Trump's recognition of Jerusalem as Israel's capital - Sputnik Azərbaycan
Müsəlman ölkələrində kütləvi aksiyalar başladı, rəhbər xalqı silahlı müqavimətə çağırdı

Müşahidəçilərin fikrincə, əgər İsrail və ABŞ Qüds məsələsində israr edərsə, bölgədə genişmiqyaslı müharibə qaçılmaz olacaq. Görünən budur ki, ABŞ-ın milli maraqları bu ölkənin Yaxın Şərq siyasətində əsas alət olan İsraili müdafiə etməyi tələb edir. Tramp dünyanı idarə edən biznes dairələrinin mənafeyinə uyğun qərar verdi. Məhz İsrail Trampı prezident edən ABŞ-ın transmilli şirkətlərinin Yaxın Şərqdəki ən əsas tərafdarıdır.

Bəzi araşdırmaçılar hesab edirlər ki, artıq proseslərə HƏMAS müdaxilə edəcək və Tramp qərarından geri durmaq zorunda qalacaq. Lakin unutmaq olmaz ki, HƏMAS maliyyə qaynaqlarından məhrum olub və Fələstin Azadlıq Təşkilatı (FƏT) ilə birləşib.

Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Qüdsdəki əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir və bu şəhər müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir.

Xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçünsə İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının (məbəd) olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir. Bu baxımdan, Trampın qərarının bölgədə ciddi proseslərə səbəb ola biləcəyi düşünülür.

Вид на города Иерусалим, фото из архива - Sputnik Azərbaycan
ABŞ-ın Qüds qərarının ilk qanlı nəticəsi

Bəzi ekspertlərə görə, Qüds ABŞ-la Avropa İttifaqı arasında da gərginliyə səbəb ola bilər. Çünki indiyədək Avropa İttifaqı bir sıra məsələlərə münasibətdə ABŞ-ın kölgəsində qalır. Trampın məlum qərarına münasibətdə Avropa İttifaqı bu mövqedə qalmaq istəmədiyini nümayiş etdirmək niyyətindədir.

Lakin ABŞ və Avropa İttifaqı arasında məsələyə münasibətdə razılaşmanın mövcudluğunu ehtimal etmək olar. Belə qənaətə gəlmək olar ki, avropalıların çıxış və münasibətləri tərəflər arasında razılaşdırılmış rol bölgüsüdür. Bu məsələdə müsəlmanların uğur qazanacağını da gözləmək yersizdir.

Yaranmış durumda Ankaranın tutacağı mövqe də maraq doğurur. Bəziləri hesab edirlər ki, bu yolla Türkiyəni yeni savaşa cəlb etmək istəyirlər. Lakin Türkiyənin Qüds uğrunda savaşa başlayacağı ehtimalı demək olar ki, yoxdur. Öz daxili problemlərini həll etməyə çalışan rəsmi Ankaranın Qüdsə dəstəyi diplomatik bəyanatlardan uzağa gedə bilməz.

O ki qaldı ərəblərin Vaşinqtona savaş açmasına, bu da real deyil. Ərəb ölkələrinin əksəriyyəti ABŞ-ın vassalıdır və bu ölkələrin siyasi elitaları Trampın barmaq işarəsinə baxır. Cızığından çıxan ərəb ölkələrinin başçılarını devirmək Vaşinqton üçün o qədər də çətin deyil.

Bu baxımdan, "qəzəbli cümə günü" əsəb püskürüb, sakitləşmək üçün də nəzərdə tutulan plan ola bilər. Yaxın Şərq müsəlmanları yalnız bir halda qətiyyətli olurlar – söhbət məzhəb savaşından gedəndə.

Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Tramp prezident seçildiyi gündən başlayaraq daim impicment qorxusu ilə üz-üzə qalıb. "Qüds qərarı" ilə Tramp yəhudi lobbisinin maraqlarını müdafiə edərək öz postunu bu dəfə də qoruya bildi. Məsələ bu qədər bəsitdir və bunun fonunda ərəb ölkələrində keçirilən etiraz aksiyaları olduqca sönük görünür…

Xəbər lenti
0