BAKI, 8 dekabr — Sputnik. İordan çayının qərb sahilində İsrail polisi ilə fələstinlilər arasında toqquşma baş verib. Hadisə nəticəsində 100-dən artıq insan xəsarət alıb.
Sputnik Azərbaycan xəbər verir ki, Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi İrab əl Fukahın bildirdiyinə görə, İordan çayının qərb sahilində xəsarət alanların sayı 104 nəfərə çatıb. Onlardan 4-ü adi güllə, 18 nəfəri isə rezin güllələrdən xəsarət alıb.
Onun sözlərinə görə, daha 75 nəfər gözyaşardıcı qazdan, 7 nəfər isə zərbələrdən və yıxılma səbəbindən xəsarət alıb.
Xəsarət alan qadınlardan birinin vəziyyəti kritikdir.
Toqquşmalara səbəb ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək qərarı olub.