Tramp Yaxın Şərqi qarışdıracaq qərarı verdi: “Qüds İsrailin paytaxtıdır”

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
“Səfirliyimizi Tel-Əvivdən Qüdsə köçürmək barədə təlimat verdim”

BAKI, 6 dekabr — Sputnik. ABŞ prezidenti Donald Tramp Qüdsü (Yerusəlim – red.) İsrailin paytaxtı kimi tanıması barədə qərarını elan edib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

O, müraciətində Qüdsü rəsmi olaraq İsrailin paytaxtı kimi tanımağın vaxtının yetişdiyini bildirib: “Çoxdan qəbul edilməli olan qərardır. Məndən əvvəlki prezidentlər ancaq söz verirdilər. Səfirliyimizi Tel-Əvivdən Qüdsə köçürmək barədə təlimat verdim”.

ABŞ Dövlət Departamenti isə diplomatlarına İsrail, Qüds və Fələstinə səfər etməməklə bağlı çağırış edib.

Xatırladaq ki, Türkiyə, bir çox ərəb dövlətləri, həmçinin dünya ölkələri və beynəlxalq təşkilatlar Trampın qərarının vəziyyəti gərginləşdirəcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Xəbər lenti
0