Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" klubunun adı Sputnik Azərbaycan-la yan-yana

© REUTERS / Tony GentileRoma-Qarabağ oyunu zamanı Qarabağ klubunun azarkeşləri
Roma-Qarabağ oyunu zamanı Qarabağ klubunun azarkeşləri - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ" gələn il də dünya futbolunda ölkəmizi layiqincə təmsil edəcək və daha böyük uğurlara imza atacaq

BAKI, 7 dekabr — Sputnik. Azərbaycanın "Qarabağ" futbol komandası İtaliya paytaxtında "Roma" klubu ilə qarşılaşmadan sonra Çempionlar Liqasının qrup mərhələsində çıxışını başa vurub.

İtaliya komandası üçün bu görüş çox vacib xarakter daşıyırdı və qələbə onların Çempionlar Liqasının növbəti mərhələsinə çıxmasını qarantiya altına aldı.

Stadion dolu deyildi. Hələ matçdan əvvəl italiyalı həmkarları Sputnik Azərbaycan-ın müxbirinə demişdilər ki, anşlaq olmayacaq. Məhz belə də oldu. 72 min yerlik Olimpiya stadionunda 40 minə qədər azarkeş toplaşmışdı. Səbəb sadə idi — iş həftəsinini ortasında keçirilən futbol matçına getməyə çox adamın həvəsi olmur. Hələ əgər oyuna televiziya ekranından baxmaq mümkündürsə. Bütün bunlara baxmayaraq, stadionda atmosfer darıxdırıcı deyildi.

Ümumiyyətlə, italyanlar futbolu sevirlər və arenaya daxil olduğun ilk anda bunun fərqinə varırsan. Stadionun yaxınlığında müxtəlif qida məhsullarının və futbol atributlarının satıldığı piştaxtalar qoyulub. Canlı musiqinin ifa edildiyi yerlər var ki, musiqiçilər oyundan əvvəl orada bir sıra klassik musiqilər səsləndirirlər. 

Перотти забивает гол - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ" Çempionlar Liqasındakı çıxışını başa vurdu

"Əbədi şəhər"in ən populyar klubunun (paytaxtın ikinci klubu "Latsio"əsas rəqibindən azca geri qalır) rəqiblərə qarşı kifayət qədər aqressiv olan özəl azarkeşləri var. Əks halda, hətta mətbuat nümayəndələrini belə əhatə edən həddindən artıq təhlükəsizlik tədbirlərini heç nə ilə izah etmək mümkün olmazdı. Azərbaycan jurnalistlərini stadiona qədər və elə orada da müşayiət edən polis korteji kifayət qədər təsirli idi.

Amma heç bir insident baş vermədi. Bu futbol axşamının ən xoşagəlməz məqamı Azərbaycan çempionunun məğlubiyyəti oldu (0:1). Bunu proqnozlaşdırmaq çətin deyildi, baxmayaraq ki, ən müxtəlif futbol totalizatorları belə "Roma"nın qələbəsi haqqında fikir bildirməmişdilər. İtalyanlara qələbə lazım idi. "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovu, hətta əsas heyətdən dörd nəfərin (onlardan üçü müdafiəçilər idi — Rəşad Sadıqov, Bədavi Hüseynov və Ansi Aqoli) olmamasını nəzərə almasaq, oyundan əvvəl heç nə narahat eləmirdi. Bu görüşün autsayderi "Qarabağ" idi və biz bunu oyun zamanı həddindən artıq ehtiyatlı davranışdan da gördük.

Dediyimizi sadəcə bu fakt da təsdiqləyir: matç boyu "Atlılar" bir dəfə də olsun künc zərbəsi vurmadılar, baxmayaraq ki, meydan sahibləri 14-nü yerinə yetirdilər. Bizim komandanın qapısına vurulan zərbələr də ciddi şəkildə fərqlənirdi: 19-un (8-i qapını hədəf almışdı) 3-ə (2) nisbəti. 

Меры безопасности во время игры между ФК Карабах и ФК Челси - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ" - "Çelsi" qarşılaşması haqda yeni ağrılı fakt: azarkeşə niyə işgəncə verdilər?

Görüşün detallarına vararaq böyük hesablı qələbənin prestij üçün "Qarabağ"a lazım olduğunu deyib tənqid etməyin mənası yoxdur. İndi bunun heç bir əhəmiyyəti yoxdur. Azərbaycan çempionu bu mövsümdə bütün epitetləri, tərifləri haqq etdi. Təkcə yerli KİV-lər deyil, xarici KİV-lər, futbol xadimləri də Qurban Qurbanovu təqdir ediblər və ona hörmətlə yanaşıblar. Hətta komanda start matçda London Çelsisinə məğlub olandan (0:6) sonra belə "Qarabağ"ın görkəmli rəqibindən daha ləyaqətlə çıxış etdiyi qeyd olundu. Və "Qarabağ"ın vitse-kapitanı Maksim Medvedyev etiraf edərək dedi: "Londanda ilk oyundan əvvəl bizim o səviyyədə çıxış etmək təcrübəmiz yox idi. Avropanın üç ən yaxşı klubu ilə eyni qrupa düşmüş komandamız təzyiq altında idi və bizi stress təqib edirdi. Bütün bu faktorlar bizə həmin görüşdə öz potensialımızı göstərməyə imkan vermədi. Amma hər ötən görüşdən sonra biz daha yaxşı oynamağa başladıq. "Qarabağ" artıq bir ay əvvəlki komanda deyil".

Matçdan öncəki mətbuat konfransında Qurbanov bəyan etdi ki, bir çoxları onun yetirmələrindən bu qrupda çox az şey gözləyirdilər. Amma komanda ürəklə deyə bilər ki, bir çoxlarının şübhələrinin əksinə olaraq döyülən uşaq vəziyyətində qalmadı. Nəticədə iki xal qazandı.

© Sputnik / Ruslan Mikayilli"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sputnik Azərbaycan üçün futbol köynəyi imzalayıb
Qarabağın baş məşqçisi Qurban Qurbanov Sputnik Azərbaycan üçün futbol köynəyi imzalayıb - Sputnik Azərbaycan
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Sputnik Azərbaycan üçün futbol köynəyi imzalayıb

"Qarabağ" pley-off mərhələsində ispan nəhənginin qarşısını alaraq iki rəqibin adını müəyyənləşdirməyi bacardı. Öz debüt mövsümündə "Atletiko" ilə matçda xal qazanaraq qrupdakı ələnməni sürətləndirməyə nail olduq və nəticə bizim üçün qürurvericidir" — deyə klubun vitse-prezidenti Tahir Gözəl bildirib.

Yekun olaraq bildirək ki, "Qarabağ" dünyanın ən prestijli turnirində itib-batmadı. İndi heç kəs deyə bilməz ki, Ağdam "Atlılar"ı bu futbol bayramında yad idi. Oyundan sonra Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev dedi: "Çempionlar Liqasında oynamaq xoşuma gəldi. Mən böyük zövq aldım. Bu emosiyaları yenidən yaşamaq istəyirəm. Bu, indiyə qədər iştirak etdiyimiz turnirlərin heç biri ilə müqayisəyə gəlməz. Ümid edirəm ki, növbəti mövsümdə də Çempionlar Liqasında olacağıq".

Sputnik Azərbaycan bu gözəl futbol həyəcanını yaşatdığına, vaxt tapıb üzərində "Qarabağ"ın adı və Sputnik Azərbaycan-ın emblemi olan futbol köynəyini imzaladığına görə, Ağdam klubunun baş məşqçisinə və futbolçularına dərin təşəkkürünü bildirir. Əminik ki, "Qarabağ" gələn il də dünya futbolunda ölkəmizi layiqincə təmsil edəcək və daha böyük uğurlara imza atacaq.

Xəbər lenti
0