BAKI, 6 dekabr — Sputnik. Çempionlar Liqasında qrup mərhələsində VI tura start verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” səfərdə “Roma” ilə görüşüb.
Oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissədə sürəti artıran "Roma" 53-cü dəqiqədə hesabı açıb. Perotti fərqlənib.
Görüş elə bu hesabla başa çatıb. Beləliklə, "Qarabağ" qrup mərhələsini 2 xalla sonuncu yerdə başa vurub.
Qeyd edək ki, “Qarabağ” “Roma”ya Bakıda keçirilən görüşdə 1:2 hesabı ilə uduzmuşdu.