Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" - "Çelsi" qarşılaşması haqda yeni ağrılı fakt: azarkeşə niyə işgəncə verdilər?

© Photo : Пресс-служба МВДМеры безопасности во время игры между ФК "Карабах" и ФК "Челси"
Меры безопасности во время игры между ФК Карабах и ФК Челси - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol bayramı, yoxsa 90 dəqiqəlik cəhənnəm əzabı?

Fuad Həsənov, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Qayıdaq yenə də "Qarabağ" – "Çelsi" matçına. Etiraf edək ki, həmin gün stadiona gələn 68 min, əgər ingilisləri çıxsaq, 67 min yerli azarkeşin çiynində "Qarabağ"-ın şərfi olmasına baxmayaraq, onların böyük hissəsi "Çelsi"-nin ulduz oyunçularını izləməyə gəlmişdi.

Qarabağın  azarkeşləri - Sputnik Azərbaycan
İDMAN
İngilis azarkeşlər Bakıya gəlmələrinə peşman oldular

Məqsədim "Qarabağ"-ı kiçildib, rəqibini böyütmək deyil. Çünki rəqib onsuz da böyükdür. Ancaq "Qarabağ" da kiçik deyil. Lakin fakt odur ki, əgər noyabrın 22-i saat 21:00-da meydana "Çelsi" yox, məsələn İsveçin "Höteborq" klubu (bilməyənlər üçün deyim ki, klubun orijinaldakı adı "Göteborg"-dur) çıxsaydı, əminəm ki, stadionun heç yarısı da dolmayacaqdı. Hətta Çempionlar Liqası oyunu olsaydı belə, yenə də dolmazdı.

Bu, özü sübut edir ki, bizim azarkeşlər stadionu ancaq dünya səviyyəli komandalar Bakıya gələndə doldururlar. Yəni, sırf onları görməyə gəlirlər. "Qarabağ", "Qarabağ" qışqırıqları isə futbol fanatizmindən deyil, tam şəkildə patriotluqdan qaynaqlanır. Əgər futbol fanatızmi olsaydı, "Qarabağ"-ın ölkə çempionatındakı oyunlarında da stadionlar ağzına kimi dolardı.

İndi qayıdaq əsas problemə. Bakı Olimpiya Stadionu çox gözəl stadiondur. Dünya səviyyəsində stadiondur. Sağ olsunlar, dünyanın o başından gəldilər, tikdilər, getdilər. Özü də cəmi üç il yarıma.

Bizimkilərə bircə stadiona Wi-Fi çəkmək işi qaldı. Ancaq nə hikmətdirsə, az qala 3 ilə yaxınlaşır, hələ də stadiona Wi-Fi çəkilməyib. Daha doğrusu çəkilib, amma 1-2 otağa. Texniki heyət və digər əməkdaşlar üçün. Onun da gücü 1 gb-a qədərdir, özlərinə güclə çatır. Hansı sektorda olmağınızdan asılı olmayaraq, Wi-Fi şəbəkəsi tapa bilməzsiniz.

© © KarikaturaOlimpiya stadionunda internet şəbəkəsi axtaranlar
Olimpiya stadionunda internet şəbəkəsi axtaranlar - Sputnik Azərbaycan
Olimpiya stadionunda internet şəbəkəsi axtaranlar

Dünyanın bu cür möhtəşəm stadionları olan ölkələrdə, azarkeşlər pulsuz istifadəyə verilən Wi-Fi-dan yararlanaraq, oyun ərzində selfi çəkib sosial şəbəkələrdə paylaşa, dosta-tanışa göndərə bilirlər. Hələ 90 dəqiqə canlı yayıma keçən "psixopatları" demirəm. Mədəniyyətə baxın, stadion rəhbərliyi hətta "psixopatların" ehtiyacını da nəzərə alır.

Qarabağ-Çelsi oyunu - Sputnik Azərbaycan
İDMAN
Şok açıqlama: "Avropaya "Qarabağ"ın qrupdan çıxması sərf etmirdi"

Bir də özümüzə baxaq. Azarkeşlər "Çelsi"-nin Bakıya gələcəyini eşidir, həftələrlə, hətta bir neçə ay öncədən bu anın həyəcanı ilə yaşayırlar. Avtobusa 10 manat, oyun biletinə də 20 manat (ən azı) pul verib rayondan Bakıya gəlirlər ki, stadiondan selfi çəkdirib, elə oradan birbaşa dostlarına şəkillər atsınlar. Amma nə illah edirlərsə, alınmır.

Wi-Fi olmamağı bir kənara, normal mobil operatorun gündəlik internet paketi də çalışmır. Təbii ki, o an maraq da, həyəcan da, futbolla bağlı hər şey də ölür. Üstəgəl portuqal hakimin insafsız qərarları, bizim azarkeşlərə 90 dəqiqəlik futbol bayramı deyil, cəhənnəm yaşadır. Həmin gün azərbaycanlılara tək portuqaliyalı referi yox, həm də stadion rəhbərliyi və mobil operatorlar zülm elədilər.

Bakı Olimpiya Stadionunun rəhbərliyi ilə əlaqə saxladıq. Stadiona nə üçün hələ də Wi-Fi çəkilmədiyini soruşduq. Yaxşı ki, zəng vurduq, yadlarına saldıq. Yaxın illərdə bu haqda düşünəcəklərini söylədilər.

Mobil operator şirkətləri isə bildirdi ki, oyun ərəfəsində şəbəkədə yüklənmə çox olduğundan internet zəif olub…

Xəbər lenti
0