Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əsrin bəlalı sualı və ya bu ölkə o günə qaldı ki...

Abunə olmaq
Bəzən teatra getmədikləri üçün gəncləri qınamaq olmur

BAKI, 15 noyabr — Sputnik. Bu yaxınlarda teatrla bağlı bir xeyli mübahisələr yaşadım. Bu əsnada bir tanış məndən soruşdu: "Teatra gələn var?"

Bir az düşündüm. Doğrudan da teatra gələn varmı? Axı bəzən özüm şahid olmuşam ki, üç yüz nəfərlik auditoriyada cəmi əlli adam oturub. Onların da yarısı əlillər və qocalar evindən, yarısı da hərbi hissələrdən dövlət tərəfindən göndərilib. Boş qalan çoxsaylı oturacaqlara da teatrın öz işçiləri təkəmseyrək səpələniblər ki, boş görünməsin.

Teatr səhnəsi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Dövlət teatrındakı əlbəyaxa dava yuxarı müstəviyə daşındı

Bütün bunlara baxmayaraq özümü toplayıb dedim: "Bəli, var. Niyə də olmasın ki?! Bu gün teatrın repertuarında maraqlı tamaşalar var. Gənc Tamaşaçılar Teatrında "Pəri Cadu", "Müharibə", "Şeyx Sənan", Musiqili Teatrda "Kimdir Müqəssir", "999-cu gecə" kimi baxımlı tamaşaların geniş tamaşaçı kütləsi var. Ümumiyyətlə, teatr heç vaxt tamaşaçı sarıdan qıtlıq çəkmir".

Sonuncu cümləmin yalan olduğunu özüm də bilirdim. Yalanım rəngimi qızartdı. Ancaq bu yalanı boş yerə demədim. O şəxsdə teatra maraq oyatmaq istədim və bunu bacardım. Mənə söz verdi ki, bir gün gedib o tamaşalardan birinə mütləq baxacaq.

"Teatra gələn var?" – əsrimizin bəlalı sualıdır. Bütün həyat həqiqətlərini, yaxşını da, pisi də, yalanı da, düzü də sənə olduğu kimi göstərən sənət ocağıdır teatr. Teatrda çalışmaq da asan deyil, teatra gedib baxmaq da. Teatrda çalışan aktyor və ya aktrisa ən güclü istedada sahibdir, teatra gedən tamaşaçı da ən dərin təfəkkürə, böyük həyat təcrübəsinə. Teatr hamının anlayacağı dildə danışır həyatı, amma hamının ibrət alacaq qədər zəkası yoxdur əfsus ki.

© © КарикатураYenə gələn olmadı
Yenə gələn olmadı - Sputnik Azərbaycan
Yenə gələn olmadı

Bədbəxtlik ondadır ki, bu gün teatra aktrisanın çılpaq ayaqlarına, projektor işığı altında parıldayan döşlərinə baxmaq üçün gələnlər var. Bütün tamaşa boyu həyəcanla bir erotik səhnə axtaranlar var və bir-iki çılpaq səhnə görəndə acgözlüklə qəhqəhə çəkib pornoya baxdığını sosial şəbəkələrdə paylaşanlar var.

Teatra qız tutmağa, tamaşa boyunca telefonunda qurdalanıb salondan biri ilə tanış olmağa gələnlər var. Bu gün teatra istirahət etmək üçün, düşünmək üçün, həqiqət görmək üçün, ibrət almaq üçün, nəticə çıxarmaq üçün gələnlər çox azdır. Bunu axtarmaq samanlıqda iynə axtarmaq kimi bir şeydir.

Yaxşı, bəs nədir teatra qarşı bu cür laqeydliyin, biganəliyin səbəbi? Niyə Azərbaycan gənclərində teatra maraq yoxdur? Bunun çox səbəbi ola bilər, lakin ən əsas səbəbi məncə odur ki…

Sizin 20 yaşınız var. Sevgilinizlə teatra getmək istəyirsiniz. Yaxınlaşırsınız teatrın önündə düzülmüş afişalara. Təbii ki, birinci adlara baxırsınız. On afişadan birinin adı diqqətinizi çəksə, böyük şeydir.

Sonra müəlliflərə baxırsınız. On tamaşa afişasının dördündə müəllif eynidir, o da hansısa böyük vəzifə sahibidir. Digərləri də lap köhnədən qalma dramaturqlardır, hansı ki, onların da bu gün vəzifəli övladları, nəvələri var.

Növbə gəldi rejissorlara… Görəcəksiz ki, bu on tamaşadan beşinin rejissoru eyni adamdır, o da əminliklə deyim ki, yaşlı insandır, çox güman ki, teatrın baş rejissorudur və yüksək vəzifəli şəxslərlə tanışlığı, yaxşı maddi imkanı var. Digər beş tamaşadan dördünün rejissorları da həmin beş tamaşanın rejissoru ilə qohumluğu, dostluğu olan rejissorlardır, onlar da yaşlıdırlar.

Azərbaycan teatrının “ƏSA”sı yenidən səhnədə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
ƏSA teatrından daha bir ilk

Yerdə qalır bir tamaşa. Bəxtəxuda o tamaşaya bilet alırsınız və gedib baxırsınız. Bəxtiniz gətirərsə, o tamaşa həqiqətən də istedadlı yaradıcı heyətin və müasir günün nəbzini tuta bilənlərin tamaşası olacaq. Yoxsa, siz nəinki, bəxtinizdən, elə teatrdan da küsməli olacaqsız.

Altmış-yetmiş yaşlı bir dramaturqun Sovet dövründə yazdığı ailə-məişət mövzulu bir pyes bugünkü gəncin maraqlarını nə dərəcədə təmin edə bilər? Ya da ki, yaşlı dramaturqun lap elə müasir dövrdə yazdığı pyes olsun, ondan da Sovet iyi, adət-ənənə qoxusu gələcək.

Gənc və müdrik tamaşaçı isə qeyri-adilik, fərqlilik, maraq, macəra, adrenalin, əyləncə axtarışındadır. Pafoslu sevgi etirafları, ər-arvad davaları, adət-ənənə, xurafat-mövhümat mövzuları dəbdən düşüb. Bunlar gənc tamaşaçının ürəyini bulandırır. Gənc tamaşaçının maraqlarını isə yaşlı yazıçı, qoca rejissor təmin edə bilməz.

Nə zaman gördük ki, teatrlar gənc dramaturqlara müraciət etsin? Bir cümlə əzbərləyiblər: "Gənc dramaturq yoxdur!" Mən jurnalistlərdən xahiş edirəm, dövlət teatrlarının rejissorları ilə maraqlansınlar, görək sonuncu dəfə hansı gənc dramaturqun əsərini oxuyublar? Əgər "gənc dramturq yoxdur" desələr, soruşun ki, harda və nə vaxt axtardılar ki, tapa bilmədilər?

Nə vaxt dramaturgiya festivalı təşkil etdilər ki, qatılan olmadı? Haçan gənc müəlliflərin əsərlərinin qəbulu və dəyərləndirilməsi üçün münsif heyəti yaradıb bu barədə elan yayımladılar ki, əsər göndərmədilər?

Bu ölkə o günə qaldı ki, Elçindən, Əli Əmirlidən, Hüseynbala Mirələmovdan başqa dramaturq yetirmədi? Cəmi əlli il ərzində Axundov, Mirzə Cəlil, Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi nəhənglərdən ibarət dramaturqlar nəslini bu məmləkət yetirmədimi? İndi nə oldu? Genetik kodlarımız dəyişildi?

Sizin amansız işğalçılığınız gənc nəsli dramaturgiyadan da, teatrdan da soyutdu. Sonra da həyasızcasına "dramaturq yoxdur" dediniz.

Buna görə də bəzən teatra getmədikləri üçün gəncləri qınamaq olmur. Teatra gedib yaşı ötmüş qoca rejissorların adət-ənənə qoxan köhnəlik dolu fikirlərini, cəfəng dəyərlər təbliğatını, şablon mizanlarını, zövqsüz, mənasız dekorasiyalarını, süni faciələrini, bayağı komediyalarını izləməkdənsə, internetdən bir Hollivud filmi izləsə, daha çox şey əldə etmiş olar. Nə vaxt teatrda yaradıcı heyətdə gənc rejissorlara, gənc müəlliflərə yer veriləcək, onda teatrı işğal edən bu qocalar dəstəsinin gənc tamaşaçı tələb etməyə də haqqı olacaq!

Xəbər lenti
0