Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

ƏSA teatrından daha bir ilk

© © Teatrın mətbuat xidmətiAzərbaycan teatrının “ƏSA”sı yenidən səhnədə
Azərbaycan teatrının “ƏSA”sı yenidən səhnədə - Sputnik Azərbaycan
Abunə olmaq
Təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyünü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır

BAKI, 27 aprel — Sputnik. Ötən il müstəqil şəkildə yaranan və əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünya miqyaslı bir ilkə imza atacaq.

Belə ki, mayın 2-də premyerası olacaq Uilyam Şekspirin "Yay gecəsində yuxu" əsəri əsasında hazırlanmış "Yuxum" romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq.

Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır.

© ƏSAAfişa
Afişa - Sputnik Azərbaycan
Afişa

ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.

İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.

Qeyd edək ki, sözügedən tamaşada 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 2 may saat 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) binasında baş tutacaq.

Xəbər lenti
0