Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionu: "Mənə sevgi etirafları olmur"

© Sputnik / Murad OrujovCüdoçu Hidayət Heydərov
Cüdoçu Hidayət Heydərov - Sputnik Azərbaycan
Abunə olmaq
“Mən seçilməyəcəm, etiraf edim ki, onun nəticəsi məndən daha yaxşıdır”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. O, gənc olsa da, ulduzu tez bir zamanda parlayıb. Cüdoçu Hidayət Heydərov, fərqli imici, səmimiyyəti və uğurlu nəticələri ilə azarkeşlərin rəğbətini qazanıb. Gənclər arasında Avropa və dünya çempionu, İslam oyunlarının qızıl mükafatçısı Hidayət Heydərov Sputnik Azərbaycan-a müsahibə verib.

— Hidayət, öncə özünüz haqqında qısa məlumat verin. Sizi tanımayanlar da tanısın.

— Mən 1997-ci ildə Qazaxıstanda dünyaya gəlmişəm, daha sonra ailəm ilə birlikdə Azərbaycana köçmüşəm. 2000-ci ildən Bakıda yaşayıram. Cüdoya isə 2003-cü ildə atamın dostunun köməyi ilə gəlmişəm. Əvvəl özüm üçün məşq edirdim, illər keçdikcə yarışlarda qazandığım uğurlar məni bu sahədə peşəkar məşğul olmağa vadar etdi. İlk məşqçim isə 2003-cü ildən Tərlan Həsənov olub və hal-hazırda da odur. İdmana gəldiyim gündən bu günə kimi "Neftçi" klubunun idmançısıyam. 

Азербайджанские дзюдоисты Эльмар Гасымов (слева) и Эльхан Мамедов - Sputnik Azərbaycan
İDMAN
Cüdoçumuz həmyerlisini məğlub edərək birinci oldu

 Olimpiya çempionumuz Nazim Hüseynov iddia edir ki, sizin üzərinizdə zəhməti olub. Bu doğrudur?

— Belə deyil. Nazim Hüseynovun mənim üzərimdə heç bir zəhməti olmayıb. İlk gündən bu günə kimi müəllimim Tərlan Həsənovdur. Qazandığım uğurlara görə də, ona minnətdaram.

 Bu il karyeranızı uğurlu saymaq olar?

— Mənim uğurlarım 2012-ci ildən başlayıb. Bu günə kimi də davam edir. Amma keçən il gənc olduğuma, orqanizmimin inkişafıma görə çəkim düşmədi və məcbur olaraq çəkimi qaldırmalı oldum. Bu zaman da Olimpiya Oyunlarına düşə bilmədim. İnanıram ki, gələn olimpiadada güləşəcəm.

© Sputnik / Murad OrujovCüdoçu Hidayət Heydərov
Cüdoçu Hidayət Heydərov - Sputnik Azərbaycan
Cüdoçu Hidayət Heydərov

 Rüstəm Orucovla eyni çəkidəsiniz və hər ikiniz dünyanın ən güclü cüdoçuları siyahısına liderlik edirsiniz. Heç olur ki, biriniz çəkinizi dəyişmək haqqında düşünəsiz?

— Hərdən zarafatla mən Rüstəmə deyirəm ki, çəkini dəyiş, ya da o mənə zarafatla deyir ki, çəkimi dəyişim. Amma mən çəkimi dəyişmək haqqında heç fikirləşmirəm. Düşünürəm ki, Rüstəm Orucov da çəkisini artıran deyil. 

Cüdo - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan cüdoçusu Avropa çempionu oldu

 Bu il Rüstəmə öncə Fransada, daha sonda İslamiadada qalib gəldiniz. Qalib olandan sonra heç Rüstəmə demisiz ki, gənc olsam da səndən güclüyəm?

— Döyüşlərdən öncə də atmacalar olur, məşq zamanı da, adi vaxtlarda da. Amma rəqib olmağımıza görə münasibətlərimiz korlanmayıb.

— 2020-ci ildə Tokio Olimpiadasında Azərbaycanı 73 kiloqram çəkidə hansınız təmsil edəcəksiniz?

— Ən yaxşısı, Rüstəm Orucovun çəkisini dəyişməsidir. Çəkisini dəyişsin, ikimiz də Olimpiadaya gedək.

— Rüstəm ilə aranızda idmançı kimi hansı fərqləriniz var?

— Rüstəm məndən daha təcrübəlidir. Ən azından iki Olimpiya Oyunlarında iştirak etmiş idmançıdır.

— Son aylar tez-tez yarışlara qatılırsız. Gənclərin də, böyüklərin də yarışlarında iştirak edirsiz. Bu sizi yormur?

— Yox. Amma dünya birinciliyindən sonra Abu-Dabiyə – "Böyük Dəbilqə"yə gedəcəkdim. Barmağım əzildiyindən nə bu yarışa, nə də 23 yaşadək idmançılar arasında Avropa çempionatına gedə bilmirəm. Burada yorğunluluğun da rolu var. 

Gənclər və İdman Nazirliyində Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan gənclərdən ibarət cüdo komandamsı ilə görüş keçirilib - Sputnik Azərbaycan
İDMAN
Elnur Məmmədlinin bacısı oğlu dünyanın ən güclülərindən oldu

— Bəs yeni ildə yığmaya seçim üçün keçiriləcək Azərbaycan çempionatına çıxacaqsızmı?

— Dekabrın 16-17-də Sankt-Peterburqda keçiriləcək "Masters"ə qatılacam. Azərbaycan çempionatı da ondan bir həftə sonradır. Yəqin ki, bir nömrələr güləşməz. Əgər olsa, yorğun olmamaq və çəki salmamaq üçün 81 kq-da mübarizə aparacağam.

— Adətən gənclər əyləncəni üstün tuturlar. Siz boş vaxtlarınızı necə keçirirsiz? Spirtli və ya enerji içkilərindən istifadə edirsizmi?

— Enerjili içkilərdən arada istifadə edirəm. Bunun dopinqə aidiyyəti yoxdur. Yorğun olan zaman içib, məşqə girirəm. Boş vaxtlarıma gəlincə, əyləncə məkanlarına getmirəm. Məşqdən sonra sevdiyim qızla və dostlarımla şəhərdə gəzirəm. Başqa heç bir yerə getmirəm.

— Uğur qazandıqdan sonra dostluq təklifləri, sevgi etirafları çoxmu olur?

— Sosial şəbəkələrdə yoxam. Yalnız "İnstagram"dan istifadə edirəm. Sevgi etirafları da yoxdur.

— Fikirləşmirsiz ki, çox insan sizi maraqlı saç düzümünə görə tanıyır?

— Bəli, saçıma görə çox insanın yaddaşında qalmışam.

— Bilərəkdən belə saç saxlayırsız ki, diqqət mərkəzində olasız?

— Yox. Xoşladığım üçün belə imic seçmişəm. 

Cüdo üzrə Azərbaycan millisi - Sputnik Azərbaycan
İDMAN
Azərbaycan cüdo turnirində komanda hesabında ikincidir

— Sizi idmançı kimi tanımadıqlarından, sözünüzün yerə düşdüyü anlar olurmu?

— Bu, ancaq yol polisləri ilə olur. Belə qıraqda olmur. Maşınımı saxlayırlar, tanışlıq verirəm. Güzəşt edənlər də olur, olmayanlar da.

— İlin sonunda ənənəvi olaraq, ən yaxşı idmançılar seçiləcək. Özünüzü ilin idmançısı kimi görürsüz?

— Yəqin ki, mən seçilməyəcəm. Amma deyəsən, "beşlik"də olacam. Burda Rüstəm Orucov, Hacı Əliyev, Məhəmmədrəsul Məcidov və Milad Beigi Harçeqani də var. Etiraf edim ki, Milad Beigi Harçeqaninin nəticəsi məndən daha yaxşıdır.

Xəbər lenti
0