BAKI, 14 may — Sputnik. Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən cüdoçu Elxan Məmmədov qızıl medal qazanıb.
100 kq çəki dərəcəsində çıxış edən Məmmədov finalda öz həmyerlisi Elmar Qasımovu xəbərdarlıq xalları sayəsində yenib.
Bu, Azərbaycan cüdoçularının İslamiadada 6-cı qızıl medalı olub.