Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Beş dövləti iki cəbhəyə ayıran düyün

Abunə olmaq
Xəzərin Qərb üçün önəmi, ilk növbədə enerji amili ilə bağlıdir

BAKI, 24 oktyabr — Sputnik. Noyabrın 1-də Tehranda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Prezidentlərin görüşündə üç qonşu ölkə arasında regional əməkdaşlığa dair məsələlərin geniş müzakirəsi gözlənilir. Yekun konvensiyanın indiyədək qəbul edilməməsi isə Xəzər dənizin karbohidrogen ehtiyatlarının bütün sahilyanı ölkələrin xalqlarının maraqları naminə effektli istismarı və nəqlində, habelə yeni yataqların işlənməsində Türkmənistan və İran arasında problemlər mövcuddur.

Qazaxıstan sərhədçiləri , Xəzər - Sputnik Azərbaycan
HADİSƏ
Xəzər dənizində azərbaycanlılara qarşı əməliyyat keçirilib

Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran tərəfindən əhatələnən Xəzər sahilinin ümumi uzunluğu 7000 kilometri keçir. Xəzərin qapalı bir hövzə olması onun statusunun dəniz, yoxsa göl olması ilə bağlı qeyri-müəyyənlik yaradıb. Neft və təbii qaz ehtiyatları baxımından çox zəngin olması və kəşf edilməsini gözləyən çoxlu sayda neft-təbii qaz yatağının olması Xəzərin statusunu ön plana çıxarır.

Xəzər dənizinin hüquqi statusunu təyin edilməsinə müxtəlif yanaşmalar mövcuddur. Beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır.

İkinci yanaşma isə, 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq, hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır.

Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə, dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna, Xəzərlə ən uzun sahili olan dövlətlər — Qazaxıstan və Rusiya qarşı çıxır.

Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda, özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.

Rusiya Xəzərdə qonşusu olduğu Qazaxıstan və Azərbaycan ilə razılaşaraq problemi həll etmək istəyir. Çünki Rusiya problemin davam etməsinin bölgədəki ehtiyatların istifadəsinin gecikməsinə səbəb olduğunu düşünür. Moskva, eyni zamanda Azərbaycanın ABŞ və Avropa Birliyinə yaxınlaşacağını düşünür.

Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Xəzərin statusu müzakirə olunub

Azərbaycan və Türkmənistanın tezislərin bir-birinə olduqca yaxın olmasına baxmayaraq, iki ölkə arasında ciddi bir anlaşılmazlıq da var. İki ölkə arasındakı anlaşılmazlığın əsas nöqtəsi "orta xəttin çəkilməsi" mərhələsində ortaya çıxır. Türkmənistan Azərbaycanın Abşeron yarımadası vasitəsilə Xəzərin dərinliklərinə doğru daxil olduğunu, buna görə də Bakı ilə özü arasında orta xəttin çəkilməsi zamanı yarımadanın nəzərə alınmamasının lazım olduğunu bildirir. İki ölkə arasındakı anlaşılmazlıq səbəbi ilə "Kəpəz" və "Azəri-çıraq" yataqları mübahisəli hesab olunur.

Azərbaycanın nəzarətində olan bu yataqlar, Türkmənistanın iddiaları qəbul olunacağı halda, türkmənlərə aid milli sektora daxil olacaq. Qazaxıstan Xəzərin şimalında Rusiya ilə yaşaya biləcəyi anlaşılmazlığı həll etmək üçün bu ölkə ilə bir müqavilə bağlayıb, iki ölkə dəniz sərhədlərinin müəyyən olunmasında "orta xətt" prinsipinə söykənərək sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsində razılaşıb.

Xəzərin statusundan bəhs edəndə, yada düşən əsas dövlətlərdən biri Türkmənistandır. Xəzər bu dövləti Azərbaycanla hələ ki bütün mənalarda ayırır – o, təkcə su sərhədi rolunu oynamır, həm də mübahisə predmeti kimi çıxış edir.

Türkmənistan Xəzərin statusuna münasibətdə İranla eyni mövqedə qalmaqda davam edir. Azərbaycanın təkliflərində Türkmənistan üçün maraqlı detallar çoxdur. Azərbaycan Türkmənistan üçün Avropaya çıxış ola bilər. Hazırda öz neft və qaz ehtiyatlarını Rusiya ərazisi ilə ixrac edən Türkmənistan üçün belə çıxış hava və su kimi lazımdır. Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçəcək dəmir yolu xətti də Türkmənistan üçün maraq kəsb edir. Çin ilə Avropanı birləşdirəcək bu xətt, Orta Asiya üçün mühüm önəm kəsb edə bilər.

Lakin bunlar hələ perspektivin problemləridir. Yaxın dövr üçün Türkmənistanın dəyişməsinin ən əsas göstəricisi, onun Xəzərin statusuna münasibətidir. Türkmənistan mövqeyini dəyişsə, bu, Xəzər problemi ilə bağlı yaranmış bölgünü aradan qaldıra bilər. İndi Xəzərin statusuna münasibətdə dövlətlər iki qrupa bölünüb. Rusiya, Azərbaycan və Qazaxstan bir mövqedən, İranla Türkmənistan isə başqa mövqedən çıxış edir.

Xəzərin Qərb üçün önəmi, ilk növbədə enerji amili ilə bağlıdır. Türkmənistanın bu mühüm məsələdə — enerji məsələsində İranla bir cərgədə olması onun üçün kifayət qədər problem yaradır. Hazırda ABŞ-ın və Avropa dövlətlərinin Türkmənistana münasibəti çox soyuqdur. Bu soyuqluğun həm siyasi, həm də geosiyasi səbəbləri var. Xəzərin statusu da bu səbəblərdən biridir…

Xəbər lenti
0