Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər dənizində azərbaycanlılara qarşı əməliyyat keçirilib

© Photo : Qazaxıstan sərhəd xidmətiQazaxıstan sərhədçiləri , Xəzər
Qazaxıstan sərhədçiləri , Xəzər - Sputnik Azərbaycan
Abunə olmaq
Üç Azərbaycan vətəndaşı qanunsuz olaraq Qazaxıstanın dövlət sərhəddini pozub

BAKI, 28 sentyabr — Sputnik. Üç Azərbaycan vətəndaşı qanunsuz olaraq Qazaxıstanın dövlət sərhədini pozub. Onlar sentyabrın 27-də Manqışlaq (Manqistau) sərhəd xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizində saxlanılıblar.

Bu barədə Sputnik Qazaxıstan "Moy qorod" ("Mənim şəhərim") regional nəşrinə istinadla məlumat yayıb. Saxlanılan şəxslər brakonyerlikdə şübhəli bilinirlər və müvəqqəti saxlama təcridxanasında yerləşdiriliblər.

Saxlanılan şəxslər Xəzərin Qazaxıstan sektorunda, Pesçanı burnundan 17 kilometrlik məsafədəki sahilyanı zolaqda, üç mühərrikli bir qayıqda yüksək sürətlə hərəkət edərək sərhədçilərdən qaçmağa çalışıblar. Qazaxıstan sərhədçiləri təqib edərək və havaya xəbərdarlıq atəşi açaraq onları dayandırıblar.

Sərhədçilər onları qovarkən brakonyerlər tutduqları balıqdan xilas olmaq üçün onları dənizə töküblər. Lakin sərhədçilər balıqların yerini təsbit ediblər.

Dənizdən 35 kilometr uzunluğunda 16 min qarmağı olan balıqçı toru çıxarılıb. Tapılmış bu qarmaqlar Xəzərdəki nadir növ suitləri tutub saxlamağa qadirdir.

Saxlanılan şəxslərlə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 392-ci maddəsinin 1-ci hissəsi ilə (dövlət sərhəddini qanunsuz keçmək) cinayət işi açılıb. Hər üç şəxs istintaq dövründə iki aydan artıq olmamaq şərtilə nəzarət altında saxlanacaq. Ola bilsin ki, onların işinə həm də "Brakonyerlik" maddəsi əlavə edilsin.

Əgər təqsirləndirilən şəxslərin təqsiri sübuta yetirilsə, onları 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbər lenti
0