Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xəzərin statusu müzakirə olunub

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Rusiya arasında Xəzərin statusu üzrə məsləhətləşmələr keçirilib

BAKI, 10 apr — Sputnik. Moskvada Rusiya və Azərbaycan arasında Xəzər dənizinin hüquqi statusu üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Rusiya Federasiyası prezidentinin MDB dövlətləri ilə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.

Görüşdə 25-26 yanvar 2017-ci il tarixində Bakı şəhərində keçirimiş Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclasının nəticələri üzrə fikir mübadiləsi və açıq qalan məsələlər ətrafında müzakirələr aparılıb. Eyni zamanda, Xəzəryanı ölkələrin zirvə toplantısına hazırlıq məqsədilə keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müşavirəsinə qədər bütün məsələlər üzrə razılığın əldə olunmasının vacibliyi vurğulanaraq birgə səylərin artırılmasının zəruriliyi qeyd olunub.

Müzakirələr zamanı tərəflər bütün Xəzəryanı ölkələr tərəfindən qəbul ediləcək Konvensiyanın hər bir sahilyanı dövlətin suveren hüquqlarının təmin olunmasına və onların maraqlarına xidmət etməli olduğuna dair ortaq fikir ifadə ediblər. Hər iki ölkə arasında mövcud olan yaxın qonşuluq və dostluq münasibətləri ruhunda keçən görüşdə Xəzər dənizi məsələləri üzrə ikitərəfli formatda aparılan məsləhətləşmələrin mövqelərin yaxınlaşdırılmasına və gündəlikdə olan məsələlərin razılaşdırılmasına xidmət etdiyi vurğulanıb.

Xəbər lenti
0