Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə prezidentini Bakı səfərindən daşındıran səbəb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 aprel 2016-cı il
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 aprel 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Bu amil Ərdoğanın əl-qolunu bağlayır və hazırda onun üçün Bakı səfərindən daha önəmli məsələlər mövcuddur

BAKI, 2 sentyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri təxirə salınıb. Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib ki, səfərin təxirə salınması Ərdoğanın iş qrafikinin sıx olması ilə əlaqədardır.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğanın Azərbaycan səfəri təxirə salınıb

Qeyd edək ki, səfər bu il sentyabrın 10-11-ə planlaşdırılmışdı. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi də nəzərdə tutulurdu.

Araşdırmaçılar hesab edirlər ki, Türkiyə prezidentinin Bakıya nəzərdə tutulan səfərinin təxirə salınmasını, əslində 25 sentyabrda İraq Kürdüstanında keçirlilən referendumla bağlı ola bilər. Ərdoğan diqqəti maksimim şəkildə İraq Kürdüstanındakı referendumdan sonrakı dönəmə yönəltməyə və bütün mümkün kolliziyaların qarşını almaq üçün effektli səfərbərlik və ön tədbirləri görməyə köklənib.

Əminlik var ki, Ərdoğanın Bakıya planlaşdırılmış səfərinin təxirə salınması böyük mənada Türkiyənin daxilində və regionda cərəyan edən müəyyən proseslərlə bağlıdır. Türkiyə və İran kürdlərin müstəqillik referendumunun doğura biləcəyi fəsadlardan ehtiyat edirlər.

Lakin buna baxmayaraq, kürd muxtariyyətində müstəqillik referendumu keçiriləcək. Bu isə Türkiyənin həm daxili, həm də beynəlxalq vəziyyəti ilə bağlı müəyyən risklər yaradır. Bu baxımdan, Türkiyə prezidenti başda olmaqla, yüksək dövlət rəsmilərinin əsas diqqəti bu məsələyə və onun yarada biləcəyi gərginliyin önlənməsinə yönəlib.

Referendum ərəfəsində Türkiyənin daxilində gərginlik yaratmaq və hökumətin diqqətini yayındırmağa hesablanmış müxtəlif aksiyaların planlaşdırılması istisna deyil. Ərdoğan bu məqamları əsas götürərək, xarici səfər qrafikini dəyişməyi lazım bilib. Onu da nəzərə alaq ki, İranın Baş Qərargah rəisinin Ankaraya gəlişindən sonra Ərdoğanın Tehran səfərinin aktuallaşması da qeyd olunan məsələ ilə birbaşa əlaqəlidir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğanın niyə gəlmədiyi bəlli oldu

Ümumiyyətlə, AKP hökuməti doğrudan da çox böyük məsuliyyət altına girərək, "kürd açılımı"na start verdi. Bununla belə, təhlilçilər Ərdoğan komandasının sonradan çox böyük fəsadlar yaradan səhvlər buraxdığını da vurğulayırlar. İlk növbədə Ərdoğan komandası kürd məsələsinin yaxın gələcəkdə regionda necə böyük amilə çevriləcəyini hesablaya bilmədi. Bu məsələdə strateji uzaqgörənlik nümayiş etdirilmədi. Halbuki, artıq Vaşinqtonun "Yeni Yaxın Şərq Layihəsi" elan olunmuşdu.

Bunlarla yanaşı, Türkiyəninin ənənəvi Qərblə bağlantılarının zəifləməsi də diqqətdən qaçmırdı. İraqdakı və Suriyadakı proseslər göstərdi ki, Qərb Ərdoğanın yeni osmanlıçılıq planlarına bir mərhələyə qədər dözmək niyyətindədir. Lakin Ərdoğan komandasının bu "qırmızı xətlər"in harada başlayıb harada bitməsi ilə bağlı düzgün hesablama aparmadığı qənaəti möhkəmlənir.

Eyni zamanda, Yaxın Şərqdə ABŞ-ın yeni planlarının, strategiyasının da hədəfləri düzgün qiymətləndirilməyib. Türkiyə ətrafında baş verən proseslər Ərdoğanı, yəqin ki, bir müddət bu planın reallaşdırılması üçün fəal səylərdən çəkindirəcək.

Ərdoğanın bu ideyası ilə bağlı birmənalı yanaşma yoxdur. Türkiyə üçün prezidentli respublika istiqamətində hər hansı dəyişikliklər sabitliyin təmin edilməsi, siyasi böhranların qarşısının alınması baxımından çıxış yollarından biridir. Lakin bunu yenə Ərdoğana xas avtoritar manerada, total təzyiqlərlə xalqa qəbul etdirmək səyləri çox yanlışdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan bu dəfə Fransaya yönəldi: "Mənimlə danışmaq..."

Bunun üçün daha uzun müddət və hazırlıq işləri tələb olunur. Ola bilsin ki, indi Türkiyə ətrafında baş verənlər AKP iqtidarı, Ərdoğan komandasının taktikasının dəyişməsinə səbəb oldu. Bir sözlə, Türkiyə üçün həssas və təhlükəli mərhələ başlayıb. Bu mərhələdə əvvəlki dönəmin üslubunun, davranışlarının saxlanılması çətin olacaq.

Digər tərəfdən, regiondakı neft və qaz ehtiyatları, dünya siyasətinə təsir edən nüfuzlu dövlətlərin regiona dair siyasi və iqtisadi maraqları da region ölkələrinin daxili və xarici siyasətini şəkilləndirməkdədir. Bu mənada regionda sülhün bərqarar olması və demokratik prinsiplər ilə region ölkələrinin idarə olunması iqtisadi, siyasi və tarixi amillərdən asılıdır.

"Kürdüstan problemi" isə Ərdoğanın əl-qolunu bağlayır və hazırda onun üçün Bakı səfərindən daha önəmli məsələlər mövcuddur…

Xəbər lenti
0