BAKI, 30 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Səfir qeyd edib ki, səfər yaxın vaxtlarda baş tutacaq və yeni tarixin müəyyən edilməsi üçün danışıqlar aparılır.
Qeyd edək ki, Ərdoğan Bakıya il sentyabrın 10-11-da gəlməliydi. Onun Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirakı nəzərdə tutulurdu.