Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kaskadyor: "Dağdan aşağı yuvarlandım, başım daşa dəyib dayandım... "

© Sputnik / Murad OrujovKaskadyor Murad Abdullayev
Kaskadyor Murad Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
Kaskadyor ani bir səhv edərsə bu böyük fəsadlara səbəb ola bilər.

BAKI, 17 avqust — Sputnik. SSRİ dağılandan sonra Azərbaycan kinematoqrafiyasında yaranan durğunluq tədricən aradan qalxır. Mövsüm ərzində kinosevərlərin ixtiyarına verilən onlarla filmi misal göstərmək olar ki, bu da film sahəsinin inkişafı deməkdir. Kinematoqrafiyada özünəməxsus yeri olan dinamik filmlərdə rol alan aktyor və kaskadyor Murad Abdullayev öz peşəsinin sirlərini Sputnik Azərbaycana danışıb.

— Həm aktyor, həm də kaskadyorsunuz. Hansı sənət sizin üçün daha çətindir?

— İxtisasıma görə aktyoram. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm. Hər iki sənət çətindir. Amma iki peşəni bir araya gətirmək və idmançı-aktyor kimi fəaliyyət göstərmək daha çətindir.

— Murad Abdullayev özünü peşəkar olaraq hansı peşə sahibi kimi görür, aktyor yoxsa kaskadyor kimi?

— Əlbəttə aktyor kimi. Daha sonra ikinci iş kimi quruluşçu kaskadyor olduğumu deyə bilərəm. Mən idmançı-aktyor kimi bu sahəyə gəldim. Daha sonra kaskadyor kimi fəaliyyətə başladım. Reallıq odur ki, aktyor kimi ildə bir proyektə dəvət olunuruq, kaskadyor kimi isə ildə bir neçə proyektdə iştirak etmək olur. Sadəcə, kaskadyor kimi işlərim çox olduğu üçün hər kəsin yaddaşında belə qalmışam.

© Sputnik / Murad OrujovKaskadyor Murad Abdullayev
Kaskadyor Murad Abdullayev - Sputnik Azərbaycan
Kaskadyor Murad Abdullayev

— Kaskadyor olmaq üçün insanda hansi keyfiyyətlər olmalıdır?

— Bu sənəti öyrənmək istəyən gənclər çoxdur. Müraciət edib deyirlər ki, biz idmançıyıq, gələk sizinlə işləyək. Həmin gənclərə deyirəm ki, kaskadyor olmaq üçün tək idmançı olmaq kifayət eləmir. Kaskadyorluq birbaşa fizika elmi ilə bağlıdır. Fizikanı yaxşı bilmək lazımdır ki, hər hansı tryuku yerinə yetirmək üçün öncədən hesablamalar apara biləsən. Hesablamada cüzi səhv faciə ilə nəticələnə bilər. Onu da qeyd edim ki, bizdə o şərait yoxdur ki, hər hansı bir səhnəni qurmaq üçün dəfələrlə məşq edib, daha sonra çəkiliş edək. Hətta bəzi səhnələri bir dubla çəkmək məcburiyyətində qalırıq. Bunları nəzərə alaraq, hər bir səhnəni əvvəlcə stol arxasında ciddi şəkildə hesablayıb, sonra çəkiliş edirik. Məsələn, maşınla tryuk etmək üçün məşqlər etsək, gərək ən azı bir neçə avtomobil sıradan çıxaraq. Buna da bizim maliyyə imkanlarımız yol vermir. Deməli, hesablamalar dəqiq olmalıdır. Eyni zamanda, kaskadyorda plastika olmalıdır və qorxusu olmamalıdır.

Şahin Atamov Sputnik Mətbuat Mərkəzində - Sputnik Azərbaycan
İDMAN
"Məğlub olduğumda ilk anamı düşündüm, bunu ona necə izah edəcəm...?"

— Sizin üçün ən təhlükəli tryuk hansıdır?

— Mənim üçün ən təhlükəlisi yanmaqdır. Ani bir səhv və ya külək axınının düzgün tutulmaması böyük fəsadlara səbəb ola bilər.

— Səhnədə başınıza hər hansı bir bədbəxt hadisə gəlib?

— Bəli, gəlib. Bir dəfə dağdan üzüaşağı qaçmalı idim. Yağış yağdığından, torpaq sürüşkən idi. Bu zaman müvazinətimi itirdim, yıxıldım və aşağı yuvarlanmağa başladım. Bir də dağın ətəyində dayandım – başım böyük daşa dəymişdi. Daha sonra ikinci dəfə o tryuku edəndə, ayağım burxuldu, yenə yıxıldım və ayağım çıxdı.

— Hər hansı bir tryuku həyata keçirən zaman qorxu hiss edirsiniz?

— Qorxu yox. Amma mənə təklif gələndən işi təhvil verənə kimi beynimdə o qədər hesablamalar aparıram ki, həmin müddətdə stress yaşayıram. Çünki tək mən yox, məndən əlavə 6 nəfərlik qrupumun da məsuliyyəti üzərimdədir. Onların da təhlükəsizliyini təmin etməliyəm.

Səbinə Əzimova - Sputnik Azərbaycan
İDMAN
Avropa çempionu: "Hər şeydən əlimi üzdüm"

— Aktyor kimi Murad Abdullayev dinamik filmlərə çəkilir. Sizi müasir komediya filmlərinə aktyor kimi dəvət etsələr, çəkilərsiz?

— Hadisələr gülməli olsa, ssenari yaxşı olsa, çəkilərəm. Amma bayağı komediya filminə çəkilmərəm.

— Faktdır ki, bizdə kaskadyorlara qiymət və dəyər vermirlər. Əgər xaricdən təklif gəlsə, ölkəni tərk edib gedərsiniz?

— Mən xaricdə yaşaya bilmirəm. Bir müddət öncə Türkiyəyə getdim, orada bir həftə qaldım, amma özümə yer tapa bilmədim. Geri qayıtdım. Həqiqətdir ki, xaricdə kaskadyora dəyər verirlər. Həm maliyyə cəhətdən, həm sənət baxımından. Bizdə isə nə dəyər verirlər, nə də normal maliyyə ayırırlar. Təsəvvür edin ki, həm işimin mükəmməl alınmasının stressini çəkirəm, həm pulu alıb-almayacağımı düşünürəm. Bəzən proyekti bitiririk, deyirlər pul yoxdur və ya azdır. Hətta pulumuzu verməyə də bilirlər.

Xəbər lenti
0