Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Məğlub olduğumda ilk anamı düşündüm, bunu ona necə izah edəcəm...?"

© Sputnik / Murad OrujovŞahin Atamov Sputnik Mətbuat Mərkəzində
Şahin Atamov Sputnik Mətbuat Mərkəzində - Sputnik Azərbaycan
Abunə olmaq
Şahin Atamov: "Qız övladımın karateçi olmasını istəməzdim. Amma həvəsi olsa, qarşısını kəsə bilmərəm. Sadəcə bir valideyn kimi istəmərəm ki, qız övladım karateçi olsun"

BAKI, 2 fev — Sputnik. "Yarışda uğur tək idmançının uğuru deyil, bu işdə əziyyəti olan hər kəsin uğurudur. Bizm uğurumuz üçün xadimədən tutmuş, rəhbərliyə kimi hamı əziyyət çəkir".

Bu sözləri bu gün Sputnik Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında İslam oyunlarının mükafatçısı Şahin Atamov söyləyib. Ş. Atamov jurnalistlərin müxtəlif suallarına cavab verib. İdmançının suallara cavablarını təqdim edirik:

- Bu gün gənclər günü olduğu üçün, gənc idmançılarımız haqda fikirlərinizibilmək istərdik…

Anar Süleymanov - Sputnik Azərbaycan
İDMAN
"Dəfələrlə çempion olmalısan ki, bəlkə sənə də mükafat düşə..."

— Gənclərimiz çox gözəl çıxışlar edirlər. Biz də gənclərə köməyimizi əsirgəmirik. Onlarla birlikdə məşq edirik və bildiklərimizi onlara öyrədirik. Biz komanda olaraq istiyirik ki, bizim bacarıb yüksəklərə qaldırdığımız komandanın səviyyəsi aşağı düşməsin və bizim davamçılarımız da uğurlu nəticələr versin.

- Ayxan Mamayev artıq özünün şəxsi zalını açıb və məşqçilik də edir. Bəs sizin məşqçilik etmək fikriniz var?

— Mən həyatımı karatesiz təsəvvür edə bilmirəm. Karate mənim işim deyil, o, artıq mənim həyat yolumdur. Kareteni heç vaxt atıb gedə bilmərəm. Bəli, idmançı koryerama son qoyandan sonra məşqçiliyə başlayacam. Onu qeyd edim ki, əvvəllər məşq keçmişəm, sadəcə öz məşqlərimlə alınmadı, ona görə başqa məşqçiyə verdim tələbələrimi.

- İdmançıların dolanışıq səviyyəsindən razısınız?

— İdmançıya maddi yardım olmalıdır ki, o, heç nə haqqında düşünməsin və yalnız məşq eləsin. Biz əvvəllər, ümumiyyətlə heç nə almadan məşq edirdik. Yarışlarda yer tutsaq da, heç bir premyamız olmurdu. Amma biz idmanımızı sevirdik, vətənimizi sevirdik və bayrağımızı qaldırmağı özümüzə fərəh bilirdik. İslam oyunlarında böyük uğurlarımızdan sonra "Beynəlxalq Bank" bizim federasiyanın rəsmi sponsoru oldu və indi maaşla biz idmançıları təmin edir. Hal-hazırda artıq maliyyə problemimiz olmadığı üçün artıq yalnız qələbə haqqında düşünürük.

- Niyə Azərbaycanda döyüş idman növləri inkişaf edir, amma komanda idmanında uğur qazana bilmirik?

Kikboksçu qızlar - Sputnik Azərbaycan
İDMAN
İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"

— Biz əslərdən bəri döyüşkən olmuşuq, döyüş bizim içimizdədir. Həm də bizdə maraq var döyüş növlərinə. Ona görə bizdə döyüş növləri daha güclü alınır.

- Yaş artdıqca idmanda qalmaq çətinləşir. İslam oyunlarından sonra idmana davam edəcəksiniz? Və 2020-ci ildə Olimpiya oyunlarına kareteni salarlarsa, çıxış etmək istəyirsiniz?

— Mən hər yerdə deyirdim ki, Avropa Oyunlarından sonra koryerami bitirəcəm. Sadəcə istədiyim nəticəni almadığım üçün davam etmək qərarına gəldim. O ki qaldı Olimpiyadada iştirakıma, bu, mümkün deyil. Zaman getdikcə yaş artır və döyüşmək çətin olur və gənclər bizim yerimizə gəlməlidir. Amma böyük uğur qazanıb idmanı tərk edəcəm.

- Özbəkistana getmişdiniz və məşqçi kimi iştirak etmişdiniz…

— Bəli bir ay yarım orda qaldım, məşqlər keçdim amma daim orda qala bilməzdim. Doğrudur, mənə kontrakt təklif olundu, amma mən şəxsi koryerama görə gedib qala bilmədim. Mən öz federasiyamızda qalıb işləməyi daha üstün tutaram.

- Sizə döyüş filmərində aktyor və ya kaskadyor kimi iştirak təklifi gəlsə, çıxış edərsiniz?

— Bir-iki dəfə belə təklif gəlib, çəkilmişəm. Amma gələcəkdə təklif gələrsə, ssenariyə baxıb düşünmək olar. Niyə də yox?!

- Sahin Atamov karateçi olmasaydı, başqa hansı idman növünü seçib məşq edərdi?

— Mənim idmana uşaqlıqdan böyük həvəsim olub. Bəlkə də məni uşaqlıqdan futbol və ya güləşə də qoysaydılar, orda da uğur qazanardım. Yəni əsas idman olmalıydı.

- Məğlub olarkən, ilk nə düşünürsünüz?

— Mənim idmanda uğur qazanmağımda anamın rolu böyükdür. Anam həmişə mənə psixoloji kömək olub. Məğlub olanda da ilk anamı düşünürəm, anama necə məğlub olduğumu izah edəcəyimi düşünürəm.

- Gələcəkdə qız övladınız olsa, karate idman növündə məşq etməsini istərdiniz?

— Qız övladımın karateçi olmasını istəməzdim. Amma həvəsi olsa, qarşısını kəsə bilmərəm. Sadəcə bir valideyn kimi istəmərəm ki, qız övladım karateçi olsun.

Xəbər lenti
0