Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa çempionu: "Hər şeydən əlimi üzdüm"

Abunə olmaq
Səbinə Əzimova: "Heç kimin fikri mənə maraqlı deyil, hətta ailə üzvlərim belə"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Azərbaycanda keçirilən IV İslam Oyunlarında, ağır atletika növü üzrə 53 kilo çəki dərəcəsində öz qüvvəsini sınayaraq, toplam 176 kq (75+101) nəticə göstərən idmançımız Səbinə Əzimova, bu çəki dərəcəsində 3-cü yerə layiq görülüb. O, həm də oyunların ilk medalını aktivimizə yazdıran idmançı olmuşdu.

İdmançımız yarışlarda qazandığı uğurlar və gələcək planları haqqında Sputnik Azərbaycan-a danışıb.

— Son bir neçə ildə ağır atletika üzrə millidə azərbaycanlı qadın atletləri görmək olur. Siz ilk azərbaycanlı xanımlardansınız ki, ağır atletika idman növündə, hətta iki qat Avropa çempionu olmusunuz. Bu idman növünə gəlişiniz təsadüf idi, yoxsa düşünülmüş seçim?

Золотой медалист Мурад Агарзаев - Sputnik Azərbaycan
İDMAN
İslamiadanın qızıl medalçısı: "Onları döyürdüm və..."

— İdmana gəlişim futbolla başlayıb. "Xəzər Lənkəran" klubunun kiçik yaşlılar qrupunda oynayırdım. Futbol mənim üçün çox rahat idi. Daha sonra indiki məşqçim Anar Qasımov məni gördü və bildirdi ki, mənim bədən quruluşum ağır atletika üçün çox yararlıdır. Müəllimimi dinləyib ağır atletika zalına gəldim. Amma mən bu idman növünü heç sevməmişəm. İlk dəfə zala daxil olanda gördüklərimdən heyrətləndim. Öz-özümə dedim ki, yox, bu idman növü mənlik deyil. Ağır dəmir parçalarını qaldıra bilmərəm. Məşqçim bildirdi ki, mən bir il məşq edim, öyrənəcəyəm.

Elə oldu ki, məşqə başlayandan 3 ay sonra yarışa çıxdım və orda bürünc medal qazandım. Hətta bürünc medalla razılaşmayıb medalı götürmədim. Bu yarış məni qızıl medal qazanmağa həvəsləndirdi. Uşaq olduğum üçün mobil telefonum da yox idi. Müəllimlərim mənə dedilər ki, "bu idmanla məşğul ol, əziyyət çək, medal qazan, daha sonra telefonun da olacaq, maşının da olacaq, ev də ala biləcəksən". Beləliklə ağır atletikada qaldım və uğurlar qazanmağa başladım. Əvvəl rəqib qızlar mənə qalib gəlirdi, indi mən onları məğlub edirəm. Buna görə də müəllimlərim Anar Qasımov və Taleh Hüseynova təşəkkür edirəm.

 17 yaşınız var. Karyeranızı hansı həddədək davam etdirməyi düşünürsünüz?

— Məqsədim Olimpiya və dünya çempionu olmaqdır. Bunlara nail olandan sonra artıq karyerama son qoyub məşqçiliyə başlayacağam. Bu uğurları qazanmayana kimi idmana son qoymayacağam. Xüsusilə, Lənkəranda məşq keçməyi çox istəyirəm. Ora mənim idmana ilk addımlar atdığım məkandır. Ora mənə çox doğmadır.

© Sputnik / Murad OrujovSəbinə Əzimova
Səbinə Əzimova - Sputnik Azərbaycan
Səbinə Əzimova

 Səbinə Əzizova karyerasını ancaq idmana həsr edir, yoxsa ali təhsil alıb başqa sənətə də yiyələnmək istəyir?

— Oxumaq mənlik deyil. Heç kitabı əlimə alıb vərəqləmək istəmirəm. Kitab görəndə üzümü çevirirəm. Ali təhsil haqda düşünmürəm. Amma gözəllik salonunda işləmişəm. Xanımların gözəl görünmələri üçün çalışmışam. Bu sahəyə də böyük marağım var. Hətta milli yığmada qızların saçlarını düzəltmişəm. Ağır atlet olanda nə olar ki? Sonunda biz də xanımıq. Bir sözlə, idmana gələndən sonra hər şeydən əlimi üzdüm.

 Uğurlar ilə yanaşı, idmanın həm də idmançıya mənfi təsiri olur. Səbinə Əzimovaya idman necə mənfi təsiri göstərir?

— Ümumiyyətlə ağır atletika çox çətindir. Həm zədələri çox ağır olur, həm psixoloji cəhətdən insanda bəzi problemlər yarada bilir. Bu idmanda əsəblərim pozulub. Hətta elə zaman olub ki, idmandan uzaqlaşıb, kəndə gedib anamın yanında qab yumaq istəmişəm. Bir az keçəndən sonra anlamışam ki, yox, bu, sadəcə əsəbdir. İdmanı atmaq olmaz.

 Şansınız olsa, hansı idman növünə keçərsiniz?

— Mən həmişə güləşi sevmişəm. Güləş üçün potensialım da var.

 İslam Oyunlarında qazandığınız bürünc medal həyatınızda nəyi dəyişdi?

Kikboksçu qızlar - Sputnik Azərbaycan
İDMAN
İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"

— Mənim ilk uğurum İsveçrədə yeniyetmələr arasında keçirilən yarışda Avropa çempionu olmağımdır. O yarışda medal qazanmağım mənim bu idmanda bütün uğurlarıma gedən yoldur. Daha sonra İslam Oyunlarında medal qazanmağım uğurlu yolda məni daha da həvəsləndirir.

 Ağır atletika qadının bədən formasını dəyişir. Bu, sizi kompleksə salmır?

— Qətiyyən. Əksinə, mən 9 yaşından fitnes modelləri çox bəyənirəm. Hətta düşünürəm ki, ağır atletika ilə vidalaşsam, mütləq fitnes model olacam. Həmişə istəmişəm, hündür olum, bədənim əzələli olsun, ayaqlarım kobud olsun.

 Yarışlarda qalib gəlməyəndə insanların tənqidlərinə reaksiyanız necə olur?

— Mən ancaq müəllimimi dinləyirəm. Başqa heç kimin fikri mənə maraqlı deyil, hətta ailə üzvlərim də nəsə desələr, vecimə olmur.

© Sputnik / Murad OrujovSəbinə Əzimova IV İslam Oyunlarında 53 kiloqram çəki dərəcəsində bürünc medalın sahibi olub
Səbinə Əzimova  IV İslam Oyunlarında 53 kiloqram çəki dərəcəsində bürünc medalın sahibi olub - Sputnik Azərbaycan
Səbinə Əzimova IV İslam Oyunlarında 53 kiloqram çəki dərəcəsində bürünc medalın sahibi olub

 İdmançılardan kimlə dostluq edirsiniz?

— Mənim dostlarım Anar və Taleh müəllimlərdir. İdmançı oldunsa, nə dostun olmalıdır, nə də düşmənin. Dost oldusa, səni yoldan çıxaracaq, deyəcək, "gedək gəzək" və bu da səni məşqdən uzaqlaşdıracaq. Beləliklə, idman karyerası məhv olacaq. Ona görə tanışım çoxdur, amma heç kimlə dostluq etmirəm.

Xəbər lenti
0