Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Diplomatlar üzərindən qeyri-diplomatik qarşıdurma

© REUTERS / Carlos BarriaВстреча Владимира Путина и Дональда Трампа в Гамбурге, Германия, 7 июля 2017 года
Встреча Владимира Путина и Дональда Трампа в Гамбурге, Германия, 7 июля 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük dövlətlərin toqquşması dünyanı sonu bilinməyən təhlükəyə sürükləyir

BAKI, 1 avgust — Sputnik. ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə qanun layihəsini imzalayıb. Bu gün, ABŞ-ın vitse-prezidenti Mayk Pens məlumat verib. Gürcüstanda səfərdə olan Mayk Pens, prezidentin artıq sənədi imzaladığını və Moskvanın öz vəzifəsini yerinə yetirməli olduğunu bildirib.

Direct Line with Vladimir Putin - Sputnik Azərbaycan
RUSİYA
ABŞ-dan Rusiyaya sərt təhdid: "Putin bunun hesabını ağır ödəyəcək"

ABŞ-ın Respublikaçılar Partiyasından olan senator Con Makkeyn də Rusiya prezidenti Vladimir Putinin ünvanına sərt ifadələr işlədib. Sputnik Azərbaycan "Gazeta"-ya istinadən xəbər verir ki, Makkeyn amerikalı diplomatların Rusiyadan qovulmasına təəccüblənmədiyini bildirib.

Senator deyib ki, Putin və komandası ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkisinə müdaxilə etməyin hesabını ağır ödəyəcək: "Putinin amerikalı diplomatları ölkədən göndərməsi təəccüblü deyil. Ancaq Putin və onun komandası əvvəl-axır bizim demokratiyaya hücum etməyin hesabını ödəyəcəklər".

Xatırladaq ki, bir neçə gün əvvəl Kreml rəhbəri Vladimir Putin, Rusiyadakı amerikalı diplomatların sayının 455 nəfərə qədər azaldılması barədə qərar qəbul edib.

Beləliklə, ABŞ ilə Rusiya arasında qarşıdurma dərinləşir. Rusiyalı ekspertlər hazırkı sanksiyalar şəraitində, ölkə iqtisadiyyatının tənəzzül qarşısında olduğunu açıqlayırlar. Proqnozlar daha bədbindir, neftin qiyməti dünya iqtisadiyyatı üçün kritik həddə düşə bilər. Artıq dünyanın bir sıra sıra siyasi tədqiqat mərkəzi, beynəlxalq səviyyəli aparıcı mütəxəssislər neftin qiymətinin düşməsinin iqtisadi səbəblərdən çox, siyasi amillərə söykəndiyini etiraf edirlər.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan "Koreyada sülh" jesti: sıra ABŞ-da

Yəni bir az cəsarətli olsaq, hər şeyi öz adı ilə çağırsaq, bu proses idarə olunandır və faktiki olaraq ABŞ-ın Rusiyaya qarşı tətbiq etdyi iqtisadi sanksiyaların davamıdır. Məlum olduğu kimi, yaxın keçmişdə neftin qiymətini OPEC iqtisadi rıçaqlarla tənzimləyirdi, qiymətlər düşəndə hasilatı salır, qiymətlər qalxanda qaldırırdı. Hazırda isə qiymətlərinin düşməsi iqtisadi səbəblərdən çox siyasi amillərə söykəndiyindən prosesi iqtisadi rıçaqlarla tənzimləmək mümkün deyil.

Ekspertlər siyasi amillərin sırasında ilk növbədə ABŞ-ın neft hasilatını kəskin artırdığını göstərirlər. ABŞ-da neft hasilatı gündəlik 2 milyon bareldən 3 milyon barelə qaldırılıb və bu ilin sonuna kimi 13 milyon barelə (müttəfiqlərinin dəstəyi ilə!) çatdırılacaq.

OPEC ölkələri də hasilatı azaltmayıb, burada da artım müşahidə olunur. Bunun nəticəsində bazarda tələb təklifi üstələyir və neftin kəskin ucuzlaşması davam edir.

Göründüyü kimi, ilk baxışdan Rusiyaya qarşı ABŞ-OPEC tandeminin yarandığını güman etmək olar. Lakin OPEC-in tərkibinə nəzər salsaq, bu tandemin mümkünlüyünə şübhə yaranır. Hazırda OPEC-in tərkibinə 12 ölkə daxildir: İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qətər, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola.

Bu ölkələrdən ən azı ikisi — İran və Venesuela Rusiyanın müttəfiqi, ABŞ-ın qatı rəqibidir və onların axırıncı ilə işbirliyinə getməsi, ən azı, hazırkı maraqlar çərçivəsində mümkün deyil. Venesuela və İran həm də təsdiq olunmuş neft ehtiyatlarına görə, müvafiq olaraq, dünyanın 1-ci və 3-cü ölkələridir.

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Ankara, Vaşinqton və Moskva arasında oynayır

OPEC-də də, bütün beynəlxalq təşkilatlarda olduğu kimi, qərarlar adi səs çoxluğu (azlığın hüquqlarının pozulması) ilə deyil, ümumi razılıqla qəbul olunur. OPEC ölkələrinin yarıdan çoxunun (İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və s.) Rusiya ilə sıx ticari və siyasi əlaqələrinin olduğunu da nəzərə alsaq, bu tandemin mümkünsüzlüyünə tam əmin olarıq.

Eyni zamanda, OPEC ölkələrinin strategiyası budur ki, ənənəvi hasilatla məşğul olan ölkə və ya şirkətlər öz bazar payını qorumalıdır. Neftin iki dəfədən çox, təxminən 60%-lik ucuzlaşması və bu ucuzlaşmanın davamlı olması yalnız nefti hasil edən ölkələrin deyil, neft idxal edən ölkələrin iqtisadiyyatına da mənfi təsir edir.

Beləliklə, OPEC ölkələrinin, hətta Səudiyyə Ərəbistanı və Küveyt kimi ABŞ-ın yaxın müttəfiqlərinin hazırkı maraqlar və təhlükələr çərçivəsində neftin ucuzlaşmasında maraqlı olacağı, Rusiyaya qarşı ittifaqa qatılacağı real görünmür. ABŞ-ın meydanda tək qaldığı, neftin qiymətlərini tək ucuzlaşdırdığı da real görünmür. Əvvəla, ABŞ-ın böyük karbohidrogen ehtiyatları, analoji ehtiyatlarla zəngin Kanada, Meksika kimi yaxın qonşuları, müttəfiqləri var.

İkincisi, AB ölkələrindən Böyük Britaniya və Norveç böyük neft ehtiyatlarına malikdir, bunların da birincisi ABŞ-ın strateji müttəfiqi, ikincisi isə NATO-nun üzvüdür. Eyni zamanda, bu ölkələrin inkişaf etmiş iqtisadiyyatı neft faktorundan birbaşa asılı deyil və böhrana davamlıdır.

Deməli, ABŞ-ın Rusiyaya qarşı ittifaq yaratmağa, nefti ucuzlaşdırmağa və bu prosesi Rusiya iqtisadiyyatı iflas olana qədər uzatmağa kifayət qədər imkanları və müttəfiqləri var. Bir sözlə, vəziyyət məlum Yuqoslaviya, İraq hadisələrində olduğu kimidir, ABŞ BMT TŞ ilə razılaşdırmamış, NATO ilə birlikdə istədiyi ölkəni, istədiyi vaxt bombalaya bilir. Amma bu dəfə, deyəsən, daş qayaya rast gəlir. Çünki Rusiya İraq deyil, beynəlxalq oyunçudur, BMT TŞ-nin daimi üzvüdür, nüvə silahına, dünya əhəmiyyətli enerji ehtiyatlarına malikdir.

Böyük Britaniyanın, Norveçin enerji resursları Avropanın həndəsi silsilə ilə artan iqtisadiyyatını, sosial sferasını təmin etmək iqtidarında deyil. ABŞ-ın Avropaya aid məlum enerji planları isə ən yaxşı halda 5-10 ilə həyata keçirilə bilər. Deməli, ümid yenə nəhəng enerji resursları olan Rusiya və İrana qalır, bunların da hər ikisinə sanksiyalar tətbiq edilir.

Hələ üstəlik, ikincinin nəql kəmərləri yetərincə deyil, imkanları müasir tələblərə cavab vermir. Sözdə yerlə-göylə əlləşən İran, işdə hətta benzini tam istehsal edə bilmir, ixrac etdiyi xam neftin hesabına yarısını yaxın xaricdən idxal edir.

Burada bir nüansa da toxunmaq lazım gəlir. ABŞ və Rusiya qarşıdurmasında daha bir oyunçu üzə çıxır – Çin. ABŞ Çinə qarşı ikimənalı siyasət yürütməyə başlayıb. ABŞ Rusiya və Çin arasında strateji alyansın yaranmasının ciddi təhlükələr törədə biləcəyini anlayır. ABŞ üçün bu iki dövlətin ittifaqından təhlükəli heç nə ola bilməz.

Təəccüblü deyil ki, ABŞ siyasi cəhətdən dirçələn Avrasiyada müdafiə mövqeyi tutur. ABŞ regionda öz mövcudluğunu Sakit okean adalarına nəzarət etməsinə görə saxlayır. Bu, onu təsdiq edir ki, Amerika Avrasiyada təhlükəsizliyin dəstəklənməsində maraqlıdır. Və ABŞ açıq şəkildə Yaponiya və Cənubi Koreyanı müdafiə etmək niyyətini bəyan edir.

ABŞ, həmçinin Qərbi və Mərkəzi Avropanı da müdafiə edəcəyinə hazır olduğunu təsdiq etməlidir. Odur ki, Amerikanın Avropada passiv müşahidəçi olmayacağı barədə birmənalı mövqeyin Kremlə çatdırılması çox mühümdür.

Xəbər lenti
0