BAKI, 31 iyul — Sputnik. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Koreya yarımadasındakı gərginliyin azaldılması üçün, ölkəsinin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib. Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, Ryabkov bu barədə ABC telekanalına danışıb.
Şimali Koreyanın son raket sınağını dəyərləndirən Ryabkov, "Koreya yarımadasının nüvə silahlarından təmizlənilməsi sülh yolu ilə həll edilməlidir. Hazırda Birləşmiş Ştatların dövlət katibi Reks Tillersonla bu istiqamətdə birgə işlər aparırıq" deyib.
"Vəziyyətin daha da pisləşməməsi üçün tərəflər təmkinli olmalı, sərt ifadələrdən çəkinməlidir" — Ryabkov əlavə edib.