BAKI, 1 avqust — Sputnik. ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Con Makkeyn, Rusiya prezidenti Vladimir Putinin ünvanına sərt ifadələr işlədib. Sputnik Azərbaycan "Gazeta"-ya istinadən xəbər verir ki, Makkeyn amerikalı diplomatların Rusiyadan qovulmasına təəccüblənmədiyini bildirib.
Senator deyib ki, Putin və komandası ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkisinə müdaxilə etməyin hesabını ağır ödəyəcək: "Putinin amerikalı diplomatları ölkədən göndərməsi təəccüblü deyil. Ancaq Putin və onun komandası əvvəl-axır bizim demokratiyaya hücum etməyin hesabını ödəyəcəklər" — Makkeyn bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Kreml rəhbəri Vladimir Putin, Rusiyadakı amerikalı diplomatların sayının 455 nəfərə qədər azaldılması barədə qərar qəbul edib.