Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vaşinqton Ərdoğanı niyə bağışlaya bilmir?

© REUTERS / Joshua RobertsПрезидент Турции Реджеп Тайип Эрдоган и президент США Дональд Трамп
Президент Турции Реджеп Тайип Эрдоган и президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Əslində ABŞ - Türkiyə münaqişəsinin kökü 14 il əvvələ gedib çıxır

BAKI, 16 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, mayın 16-da ABŞ-a səfəri zamanı, Vaşinqtondakı Türkiyə səfirliyi önündə yaşanan qarşıdurma ilə bağlı cinayət işi açılıb. İnsident səbəbindən iki Türkiyə vətəndaşı ABŞ-da həbs olunub.

Президент Турции Реджеп Тайип Эрдоган дает интервью агентству Reuters в Президентском дворце в Анкаре - Sputnik Azərbaycan
ABŞ-da Ərdoğanın 12 mühafizəçisi barədə həbs qərarı çıxarıldı

16 may hadisələri ilə bağlı Vaşinqtonun polis rəisi Piter Nyuzem və şəhərin meri Muriel Bouzer birgə mətbuat konfransı keçirib. P.Nyuzem türk mühafizəçilərin "sülh nümayiş etdirənlərə" hücum etdiklərini deyib.

O bildirib ki, qarşıdurmada iştirak etdiyi müəyyənləşən 16 nəfər barəsində həbs qərarı çıxarılıb: "İkisi Kanada, ikisi ABŞ, qalanları isə Türkiyə vətəndaşlarıdır. İndiyədək 2 nəfər həbs olunub".

"Qarşıdurmada iştirak etmiş digər türk mühafizəçilər haqqında həbs qərarı var. Hələ də şəxsiyyəti müəyyənləşdirilməyən şəxslər də var. Bunlar ABŞ-a gəlsələr, həbs ediləcəklər. Bu şəxslərin ABŞ-a gəlib ittihamlara cavab vermələrini gözləyirik. Şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz şəxslərin fotolarını və görüntülərini dərc edəcəyik" — polis rəisi bildirib.

Mətbuat konfransının keçirildiyi salonda, etirazçılarla qarşıdurmada təqsirləndirilən türklərin fotoşəkilləri asılıb və üzərlərində "Wanted" ("Axtarılır") qeydi olub. Diqqətə çatdırılıb ki, Türkiyə səfirliyinin təhlükəsizlik əməkdaşlarından Sinan Narin Virciniya, Eyüp Yıldırım isə New Cersidə "xəsarət yetirmə" ittihamı ilə həbs olunub. Türkiyə səfirliyi Narin və Yıldırımın həbsini təsdiqləyib.

Rəcəb Tayyib Ərdoğanın 12 mühafizəçisi haqqında həbs qərarı çıxarmasından sonra, ABŞ-ın Türkiyədəki səfiri Con Bass Xarici İşlər Nazirliyinə çağırılıb. Çıxarılan qərarın səhv və qeyri-obyektiv olduğu ifadə edilərək, Türkiyənin reaksiyası ABŞ səfirinə çatdırılıb.

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan da ABŞ polisinin çıxardığı qərara münasibət bildirib. O, Ankaranın bununla siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib.

"Mən ABŞ-da olarkən PKK və FETÖ üzvləri mən olduğum yerin 40-50 metrliyində aksiya keçirdilər. ABŞ polisi buna qarşı heç bir tədbir görmədi. Təsəvvür edirsinizmi, analoji hadisə Türkiyədə baş versəydi, nələr olardı? Dünən iki soydaşımızı həbs ediblər, 12 mühafizəçim barəsində həbs qərarı veriblər. Bu, nə qanundur? Mühafizəçilərim məni qorumayacaqsa, onları nə üçün Amerikaya aparmalıyam?" — deyə Ərdoğan bildirib.

O, Ankaranın ABŞ hakimiyyətinin bu qərarı ilə siyasi və hüquqi vasitələrlə mübarizə aparacağını bildirib. Xatırladaq ki, Ərdoğan ABŞ-da səfərdə olarkən, bir qrup PKK tərəfdarı Türkiyə prezidenti əleyhinə çirkin ifadələr işlədərək onu "uşaq qatili" adlandırmışdı. Bunun üzərinə Ərdoğanın cangüdənləri PKK-çılara qarşı hücuma keçərək onlara ağır xəsarət yetirmişdi.

Beləliklə, Vaşinqton yenidən Ankaraya mesaj verir ki, "Ankara yalnız Amerikanın orbitində ola bilər". Son zamanlar Ərdoğan kifayət qədər müstəqil siyasət aparır, halbuki Türkiyənin öncəki bütün rəhbərləri Qərb standartlarına sadiqliklərini nümayiş etdiriblər.

ABŞ Konqresi - Sputnik Azərbaycan
TƏHLİL
Silah, qan və FETÖ düyünü...

Ankaranın daha da güclənərək bölgədə müstəqil siyasət yürüməsini arzulamayan tək Vaşinqton deyil. Ankaranın müstəqil siyasət yürütməsi və özünü regional lider kimi aparmasını həzm edə bilməyən ölkələr çoxdur. Ehtimal etmək olar ki, ABŞ bunu uzun müddət həzm edə bilməyəcək və Türkiyəyə qarşı müəyyən kontur-planlar cızacaq.

Əslində, Ərdoğan hakimiyyətinin Vaşinqtonla münasibəti İraq böhranı zamanı yarandı. Birləşmiş Ştatlar Ərdoğan hakimiyyətinə təklif etdi ki, İraqa quru qoşunları ilə daxil olsun, Vaşinqton isə havadan bu prosesə dəstək verəcəkdi. Ancaq Ərdoğan hakimiyyəti o zaman bu təklifdən imtina etdi. Nəticədə İraqın Mosul və Kərkükü tamamilə nəzarətdən çıxdı, orada olan türklər köməksiz durumda qaldılar.

Vaxtında Türkiyə İraqa daxil olsaydı, İraq Şam İslam Dövləti (İŞİD) adlı silahlı qrup burada baş qaldıra bilməyəcəkdi, İraq bütövlükdə nəzarət altında olacaqdı və ən əsası İran da güclənməyəcəkdi. Amma məsələ burasındadır ki, ABŞ İranla anlaşmağa başladı. Düzdür, İranla anlaşmanın daha vacib səbəbi nüvə məsələsidir. Ancaq həm də bu paketin içində Amerikanın öz çıxarları var. Çünki həm İŞİD, həm də ərəb ölkələri İrandan ehtiyyat edir.

İran şiələrə sahib çıxmağa çalışır. Mosulda, Kərkükdə, Nəcəfdə, Kərbəlada Amerikanın ona verdiyi imkanlar çərçivəsində güclənir. Bu, əlbəttə, Türkiyəni qıcıqlandırır. Əslində, Türkiyənin Suriya ilə sərhədə ordu toplamasının görünməyən səbəblərindən biri də budur. Yəni, İranın bölgədə güclənməsini nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı istəyir. Yəməndə baş verənlər də bunlara sübutdur.

Xatırladaq ki, ABŞ-ın Rakka əməliyyatının 2017-ci ilin aprel-may aylarına qədər təxirə salınmasından sonra, Rakkadakı və ətrafındakı terrorçular Əl Baba gələrək türk əsgərlərinə hücum ediblər. İddialara görə, ABŞ Rakka əməliyyatını terrorçuların Əl Babda Türkiyə ordusuna qarşı hücum etməsinə şərait yaratmaq üçün təxirə salıb.

ABŞ Türkiyənin Əl Baba girişinin qarşısını ala bilmədiyi üçün, bölgədə İŞİD-çilərin sayını artırdı. Daha əvvəl PKK-nın Suriya qolu olan PYD ilə birlikdə İŞİD-in "paytaxtı" sayılan Rakkada əməliyyat başlayacağını elan edən ABŞ, Türkiyənin Əl Baba müdaxiləsindən sonra əməliyyatı təxirə saldı. Çünki Rakkadakı İŞİD-çilər Əl Babda türk əsgərinin üzərinə göndərildi.

МИД Турции - Sputnik Azərbaycan
Türkiyə ABŞ-a nota verdi

Əl Bab ABŞ üçün önəmlidir. ABŞ Münbiç kimi Əl Babın da PYD-nin nəzarətinə keçməsini istəyir. Çünki Əl Bab Türkiyə ordusunun əlinə keçərsə, ABŞ-ın Aralıq dənizinə çıxarmaq istədiyi "kürd dəhlizi" planı baş tutmayacaq. Ehtimal etmək olar ki, Türkiyə ordusu Əl Babdan sonra Münbiçə gələcək.

Hazırda Əl Babın türk əsgərləri tərəfindən ələ keçirilməsinin qarşısını ala bilməsələr də, bunu uzatmaq istəyirlər. Buna paralel olaraq, Kamışlıdan, Kobanidən, Telabyatdan ailələri gətirib Münbiçə yerləşdirirlər. Münbiçin demoqrafik vəziyyətini dəyişdirmək istəyirlər.

Lakin Hələbin Suriya hakimiyyətinin nəzarətinə keçməsi bölgədə kartları qarışdıra bilər. Suriyanın sabitliyə qovuşması Türkiyənin bu ölkədəki terror təhlükəsindən böyük ölçüdə xilas olacağı deməkdir. ABŞ Fəratın şərqində terror qruplarına dəstək vermək üçün mərkəz yaradıb. Hazırda ABŞ bazalarına nəqliyyat təyyarələri enib-qalxır. Bura gətirilən hərbi ləvazimatlar PYD-nin nəzarətindəki bölgəyə daşınır. Belə vəziyyət Suriyada Amerika-Türkiyə qarşıdurmasını şiddətləndirir və Vaşinqton Ankaraya təzyiq etmək üçün yeni metodlar axtarır…

Xəbər lenti
0