Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa siyasəti bu qədər təzadlarla dolu olmamışdı

© AFP 2024 / Odd ANDERSEN Fransa və Aİ bayraqları
Fransa və Aİ bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentliyə iddialı olan bu şəxslərin dönəmi Fransa və dünya üçün nə vəd edir?

BAKI, 27 aprel — Sputnik. Fransanın yeni prezidentinin kimliyi mayın 7-də baş tutacaq seçkilərin ikinci turunda müəyyənləşəcək. Hal-hazırda Makronun qələbəsi gözlənilən görünsə də, Le Penin önə keçə biləcəyi də istisna edilmir.

“En Marche” Hərəkatının lideri Emmanuel Makron - Sputnik Azərbaycan
Fransada prezidentlik uğrunda mübarizənin ilk turunun qalibi bilindi

Bildiyimiz kimi, Makron Rusiya əleyhdarı siyasətçidir və Avroatlantik məkana inteqrasiya tərəfdarıdır, Le Pen isə həm Krım məsələsində, həm digər məsələlərdə Rusiyanın maraqlarına üstünlük verəcəyini bəyan edir və bildirir ki, Fransanın müttəfiqi Vaşinqton yox, Moskva olmalıdır. Ancaq bütün bunlar seçkiqabağı kampaniyanın tərkibidir, Fransa kimi demokratik bir ölkədə kəskin dönüşlər ola bilməz.

Trampın ABŞ prezidenti seçilməsi də göstərdi ki, qloballaşma əleyhinə olan siyasətçilər mühüm rol oynamağa başlayıblar, miqrasiya axınına görə yaranan problemlər daxili siyasətə daha çox diqqət yetirməyə səbəb verir. Makron iqtisadçıdır, bu baxımdan o, post-sovet ölkələrinə qarşı sərt siyasət yürütməyəcək, daha çox Fransanın iqtisadi vəziyyətini düzəltməyə çalışacaq. Bütövlükdə isə Qərbdə ifrat sağçılığın yayılması Qərb-Şərq, xristian-müsəlman qarşıdurmasının dərinləşməsini göstərir.

Vurğulayaq ki, beşinci respublikanın tarixində ilk dəfə (1958-ci ildən etibarən) nə sosialist, nə də sağçı-mərkəzçi namizəd seçkilərin ikinci mərhələsinə keçməyib. Səsvermə zamanı "Respublikaçılar" partiyasının namizədi, keçmiş baş nazir François Fillon səslərin 19,91 faizini, "İtaətsiz Fransa" hərəkatının lideri, ifrat solçu Jean-Luc Melexon isə 19,64 faizini toplayıb.

Hazırda ikinci tura çıxan namizədlər tamamilə zidd siyasi baxışlara malikdirlər. Emmanuel Makron azad beynəlxalq ticarət və Avropa İttifaqı uğrunda çıxış edir, Marin le Pen isə qloballaşma əleyhdarıdır və Fransanın Avropa İttifaqından çıxması məsələsi ilə bağlı referendum keçirmək istəyir.

Le Pen Rusiya ilə yaxınlaşmaq haqqında dəfələrlə müsbət bəyanatlar verib. O, hesab edir ki, bir sıra məqamlarda Fransa ABŞ-la yox, birbaşa Rusiya ilə əməkdaşlıq etməlidir. Bu siyasətçi bəzi xoşagəlməz ifadələri ilə də yadda qalıb. Şəxsən özü ifadə edib ki, "Qarabağ Ermənistana birləşdirilməlidir". Le Pen ermənilərə yaxınlığı ilə tanınır. Çünki onu maliyyələşdirən əsas dairə erməni lobbisidir.

Zahid Oruc, millət vəkili - Sputnik Azərbaycan
CƏMİYYƏT
Millət vəkili Avropa İttifaqı qarşısında tələb qoydu

Makron isə bir qədər mötədil mövqedə dayanır. O, Fransanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, Avropa ölkələri ilə münasibətləri genişləndirmək, Aİ-ni gücləndirmək yolunu seçib.

Le Penin ikinci tura çıxması maraqlıdır. İlk dəfədir ki, Fransada belə bir hadisə baş verir. Bu, onu göstərir ki, Fransa vətəndaşları, ümumiyyətlə, Avropa seçiciləri sistemli siyasətçilərdən beziblər. Seçicilər yeni simalar, fərqli siyasətçilər görmək istəyirlər. Ənənəvi partiyaların nümayəndələrinə inam qalmayıb.

7 maya qədər dəqiq proqnoz vermək çətindir. Amma hər halda o tarixə kimi seçki mübarizəsi gərgin şəkildə davam edəcək. Beləliklə, Fransanın qarşıdakı 5 ildə birinci şəxsi olmağa ən yaxın iki şəxs var: 39 yaşlı Emmanuel Makron, digəri isə ifrat sağçı Milli Cəbhə Partiyasının sədri Marine Le Pen.

Və hazırda bütün Avropanı bu suallar düşündürür: Prezidentliyə iddialı olan bu şəxslərin dönəmi Fransa və dünya üçün nə vəd edir? Hər iki namizədin daxili və xarici siyasətdə prioritetləri nələrdən ibarətdir?

Miqrantlar əleyhinə çıxışları, NATO və Aİ kimi mühüm quruluşlara qarşı fikirləri ilə məşhurlaşan Le Pen, hələ seçkilərdən iki ay əvvəl "Fransanın özünün olmadığı savaşlara girməsinə icazə verilməməlidir" deyirdi. Eyni zamanda, Le Pen miqrantların axınının qarşısının alınması, Avropa İttifaqı üzvlüyünün davam etməsi ilə bağlı referendumun keçirilməsini təklif edirdi.

Le Penin partiyası "Fransanın yenidən nizama salınması üçün 144 addım" adlı proqram elan edib. Bu proqramda Fransanın "Şengen" bölgəsindən ayrılması da var.

Avropada milliyyətçilik getdikcə güclənir. Avropa İttifaqında da mərkəzdənqaçma tendensiyası güclənir. Şərqi Avropa ölkələrində vəziyyət gərgindir. Orada milliyyətçi və separatçı siyasi cərəyanlar seçkilərdə getdikcə daha çox səs qazanırlar. Bu prosesin qitədə əhatə dairəsi genişlənir. Bu baxımdan ehtimal edə bilərik ki, Aİ-nin taleyi də Fransada keçirilicək seçkilərin nəticəsindən asılı olacaq…

Xəbər lenti
0