BAKI, 7 apr — Sputnik. Azərbaycan ötən dövrdə Avropanın ən yaxın siyasi və hüquqi tərəfdaşı olub. Amma bunun əvəzində Azərbaycan vətəndaşları Şengen ərazisinə daxil olmaq üçün çox sərt rejimdən keçməli olur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin plenar iclasında deyib.
Millət vəkili Gürcüstanın ardınca Ukraynanın da vizasız rejimlə Avropaya gediş imkanı əldə etmək üzrə olduğunu deyib: “Qərb təşkilatlarının, Avropa İttifaqının istəyi varsa ki, Azərbaycan vətəndaşları ona tərəf üz çevirsin, o zaman öz qapılarını bu insanların üzünə açmalıdır. Yəni, Avropa İttifaqı Azərbaycan vətəndaşlarına da vizasız səyahət imkanı yaratmalıdır”.