CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu peşələri öyrənsəniz, ömürlük çörəyiniz olacaq

© Sputnik / Irade JELILMəktəbin şagirdləri
Məktəbin şagirdləri - Sputnik Azərbaycan
Abunə olmaq
5 saylı Bakı Peşə Məktəbində bir çox lazımi sənətlər öyrədilir

BAKI, 19 aprel — Sputnik. Son zamanlar gənclər arasında video-foto operator, dekorator, vizajist, bərbər, qrim ustası və digər bu kimi peşələrə maraq artıb. Bu peşələrə daha əlçatan yolla yiyələnmək isə təhsildən keçir — peşə təhsilindən. Buzovnada yerləşən 5 saylı Bakı Peşə Məktəbinə müraciət edənlər sadaladığımız bu peşələrə 1-2 il ərzində yiyələnə bilərlər.

Bu günlərdə 5 saylı Bakı Peşə Məktəbində olub, məktəbin təhsil səviyyəsi ilə maraqlandıq. Məktəb mərkəzdən bir qədər uzaq olsa da, müasir standartlara cavab verir. Bizi məktəbdə direktor Pərviz Həmzəyev qarşıladı.

Xatırladaq ki, 5 saylı Bakı Peşə Məktəbi 1969-cu ildə 55 saylı Texniki Peşə Məktəbi kimi fəaliyyətə başlayıb. 1972-ci ildən 1996-cı ilə qədər peşə ilə yanaşı, orta təhsil də verən Orta Texniki Peşə Məktəbi kimi fəaliyyətini davam etdirib.

Pərviz Həmzəyevin sözlərinə görə, əvvəllər məktəb uyğunlaşdırılmış köhnə binada fəaliyyət göstərib. 2011-ci ildə birinci xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə məktəbin köhnə binası emalatxanalarıyla ilə birlikdə tamamilə sökülüb, yerində müasir tələblərə uyğun yeni məktəb tikilib. 2012-ci ildə istifadəyə verilən məktəbin profili də dəyişib: "Hal-hazırda məktəbdə "video çəkiliş üzrə operator", "kinomontajçı", "səs operatoru", "qrimçi pastijor", "interyer və eksteryerin bədii tərtibatçısı", "kostyum ustası və dərzi", "telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator", "kompüter ustası", "işıq operatoru", "bərbər-vizajist", "tədbir və mərasim təşkilatçısı" ixtisasları tədris edilir. 373 şagirdin təlim-tərbiyəsi və tədrisi ilə 40 nəfər müəllim, mühəndis-pedaqoji işçisi məşğul olur".

© Sputnik / Irade JELIL5 saylı Bakı Peşə Məktəbi
5 saylı Bakı Peşə Məktəbi - Sputnik Azərbaycan
1/16
5 saylı Bakı Peşə Məktəbi
© Sputnik / Irade JELILElşad Rəhimov
Elşad Rəhimov - Sputnik Azərbaycan
2/16
Elşad Rəhimov
© Sputnik / Irade JELIL5 saylı Bakı Peşə Məktəbi
5 saylı Bakı Peşə Məktəbi - Sputnik Azərbaycan
3/16
5 saylı Bakı Peşə Məktəbi
© Sputnik / Irade JELILMəktəbin şagirdi Rahim Məmmədov
Məktəbin şagirdi Rahim Məmmədov - Sputnik Azərbaycan
4/16
Məktəbin şagirdi Rahim Məmmədov
© Sputnik / Irade JELILMəktəbin şagirdi Sevda Hacıyeva
Məktəbin şagirdi Sevda Hacıyeva - Sputnik Azərbaycan
5/16
Məktəbin şagirdi Sevda Hacıyeva
© Sputnik / Irade JELIL5 saylı Bakı Peşə Məktəbin dərzi emalatxanası
5 saylı Bakı Peşə Məktəbin dərzi emalatxanası - Sputnik Azərbaycan
6/16
5 saylı Bakı Peşə Məktəbin dərzi emalatxanası
© Sputnik / Irade JELILŞagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər
Şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər - Sputnik Azərbaycan
7/16
Şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər
© Sputnik / Irade JELILKostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova
Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova - Sputnik Azərbaycan
8/16
Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova
© Sputnik / Irade JELILŞagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar
Şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar - Sputnik Azərbaycan
9/16
Şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar
© Sputnik / Irade JELILMəktəbin şagirdləri milli geyimlərdə
Məktəbin şagirdləri milli geyimlərdə - Sputnik Azərbaycan
10/16
Məktəbin şagirdləri milli geyimlərdə
© Sputnik / Irade JELILMəktəbin dekorasiya emalatxanası
Məktəbin dekorasiya emalatxanası - Sputnik Azərbaycan
11/16
Məktəbin dekorasiya emalatxanası
© Sputnik / Irade JELILŞagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir
Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir - Sputnik Azərbaycan
12/16
Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir
© Sputnik / Irade JELILMəktəbin şagirdi
Məktəbin şagirdi - Sputnik Azərbaycan
13/16
Məktəbin şagirdi
© Sputnik / Irade JELILMəktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir
Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir - Sputnik Azərbaycan
14/16
Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir
© Sputnik / Irade JELILMəktəbin şagirdi
Məktəbin şagirdi - Sputnik Azərbaycan
15/16
Məktəbin şagirdi
© Sputnik / Irade JELILMəktəbin direktoru Pərviz Həmzəyev
Məktəbin direktoru Pərviz Həmzəyev - Sputnik Azərbaycan
16/16
Məktəbin direktoru Pərviz Həmzəyev
1/16
5 saylı Bakı Peşə Məktəbi
2/16
Elşad Rəhimov
3/16
5 saylı Bakı Peşə Məktəbi
4/16
Məktəbin şagirdi Rahim Məmmədov
5/16
Məktəbin şagirdi Sevda Hacıyeva
6/16
5 saylı Bakı Peşə Məktəbin dərzi emalatxanası
7/16
Şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər
8/16
Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova
9/16
Şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar
10/16
Məktəbin şagirdləri milli geyimlərdə
11/16
Məktəbin dekorasiya emalatxanası
12/16
Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir
13/16
Məktəbin şagirdi
14/16
Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir
15/16
Məktəbin şagirdi
16/16
Məktəbin direktoru Pərviz Həmzəyev

Direktorun sözlərinə görə, məktəbin tədris-istehsalat emalatxanaları yüksək səviyyədə, müasir tələbata uyğun əyani və texniki vasitələrlə, avadanlıq və cihazlarla təmin edilib. Belə ki, məktəbdə müasir standartlara uyğun 30 nəfərlik tamaşaçı tutumlu çəkiliş studiyası, rejissor otağı, səsyazma studiyası, montaj emalatxanası, qrim tədris emalatxanası, dekorator təlim emalatxanası, dərzi ixtisası üzrə tədris emalatxanası var.

P.Həmzəyev bildirir ki, şagirdlər Az.Tv, İctimai Tv, Space, Xəzər, İnteraz, ARB, C.Cabbarlı adına Kinostudiya, Azərbaycan Dövlət Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Kukla Teatrı və Yuğ Teatrında təcrübə keçirlər.

Həmzəyev həmçinin qeyd edir ki, Nazirlər Kabinetinin məlum qərarı ilə 15 saylı Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi və 13 nömrəli Bakı Peşə Məktəbi birləşdirilərək onların bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Hazırda mərkəzin fəaliyyətinin təşkili istiqamətində işlər davam edir.

Daha sonra P.Həmzəyevin müşayiəti ilə istehsal təcrübəsi otaqlarında gəzdik, şagird və müəllim heyəti ilə görüşdük.

Peşə məktəbinin "Videooperatorluq" ixtisası qrupunun şagirdləri bu sahəyə çox maraq göstərirlər. Məktəbin müəllimi Tarverdi Tarverdiyevin sözlərinə görə, şagirdlərə kameranın quraşdırılması, yerin seçilməsi, çəkilişin aparılması öyrədilir. Dərslər 9 illik təhsili bitirən uşaqlar üçün 2 illik, digər şəxslər üçün isə 1 illikdir. Dərslər 1 illik qruplarda ödənişil və ödənişsiz şəkildə keçirilir: "1 illik qruplarda yaş fərqi yoxdur. Əgər 11 illik təhsili başa vurubsa, burada hər yaşda təhsil almaq mümkündür. Videooperatorluq peşəsinə maraq çox böyükdür. Bu ancaq bizim məktəbdə və İncəsənət Universitetində tədris edilir. Bu məktəb ölkədə bu şəkildə təhsil verən yeganə məktəbdir".

Tovuz rayon sakini Tahir Qasımov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu sənətkarın həyatda bir prinsipi var

Məktəbdə dərslər Mədəniyyət və İncəsənət Universitetinin proqramı ilə keçirilir. Məsələn, biz orada olduğumuz gün keşirilən dərs kinoda işıqlandırma haqqında idi. Məktəbdə uşaqlara studiyada dərsi izah etmək və praktik şəkildə öyrətmək üçün hər bir şərait var.

Şagird Ceyhun Hüseynzadə deyir ki, videooperatorluğa uşaqlıqdan maraq göstərib: "Balaca kameram var idi. Çəkiliş aparmağı sevirdim. Atam dedi ki, belə bir məktəb var, mən də gəldim. Sevdiyim peşəni öyrənirəm. Gələcəkdə peşəkar kinooperator olmağı arzulayıram".

Elşən Musayev isə uşaqlıdan fotoqraf olmağı arzulayırmış. Sonra internetdə araşdırıb və Azərbaycanda belə bir məktəbin olduğunu müəyyən edib. İstəyir ki, gələcəkdə peşəkar fotoqraf olsun. Elşən indidən müəllimlərinə film çəkilişlərində kömək edir.

Sahibzaman Bağırov isə kinomontaj ixtisasına yiyələnir. Deyir ki, gələcəkdə kinorejissor olmaq niyyətindədir: "Mənim öz əl işlərim var. Bir balaca aktyorluq qabiliyyətim də var. Amma istəyirəm ki, peşəkar olum. Kəndimizdə çəkdiyim kiçik filmlərlə tanınıram". 

Qeyd edək ki, qrupda qızlar da təhsil alır. Tarverdi müəllim bunu onunla izah edir ki, Bakı kəndlərində xüsusi qadın məclisləri keçirilir ki, orada qadın operatorlara ehtiyac duyulur. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı

Solmaz Xalidzadə "tədbir və mərasimlərin təşkilatçılığı" ixtisası üzrə təhsil alır. Deyir ki, gələcəkdə bu sənətin dərinliklərinə yiyələnməyi düşünür.

Tarverdiyev qeyd edir ki, tələbələr bütün tədbirlərdə aktiv iştirak edir: "Bu sahələr həm gəlirli, həm də maraqlıdır. Uşaqlar məktəbi bitiridikdən sonra televiziyalarda çalışa və ya fərdi sahibkarlıqla məşğul ola bilər".

Məmmədbağır Babayev kompüter ixtusasına yiyələnir. O deyir ki, məktəbdə kompüter sahəsində çox maraqlı bilgilər əldə edib: "Kompüterin format edilməsi, silinmiş faylların bərpası, kompüterlərin təmiri və demək olar ki, kompüter haqqında 80-90 faiz məlumatları öyrənmişəm. Arzulayıram ki, gələcəkdə əvvəlcə kiçik sahibkarlıqla məşğul olum, sonra isə bazarda özünə yer edə biləcək kompüterlər istehsal edim".

Məktəbin şagirdi Sevda Hacıyeva isə "Səs operatorluğu" qrupunun şagirdidir. Deyir ki, gələcəkdə təhsilini davam etdirməyi, ixtisasını professionallaşdırmağı düşünür. 

Onun bacarmadığı sənət yoxdur - Sputnik Azərbaycan
VİDEO
Onun bacarmadığı sənət yoxdur

Rahim Məmmədov isə bu sahəni dostlarına baxaraq seçib: "Dostlarım bu məktəbdə oxuyub. Sonra internetdə araşdırdım və xoşuma gəldi. Gələcəkdə səsyazma studiyası yaratmaq istəyirəm".

Səs operatorluğu ixtisası üzrə dərs deyən Ruslan müəllim bildirir ki, uşaqların səs operatorluğu sahəsinə marağı böyükdür. Onun sözlərinə görə, peşə məktəbində ixtisaslı kadrlar yetişir: "Bildiyimə görə, 40-a yaxın şagirdimiz müxtəlif televiziya və teatrlarda çalışır".

Məktəbdə "Kinomontajçı" qrupunun uşaqları da çox fəaldır. Müəllim Elşad Rəhimov bildirir ki, uşaqlar kino montaj sahəsinə çox maraqlıdır: "Bizim müxtəlif montaj proqramlarımız var. Biz uşaqlara bütün montaj proqramlarını öyrədirik. Əsas, nəyi necə kəsib, necə yapşdırmaq lazım olduğunun sirlərini öyrənməlidirlər. Uşaqlarımız bu sahəyə çox maraqlıdır. Artıq onlar bütün proqramları öyrəniblər. Yaradıcılıq prosesində hər kəs eyni materialı öz fantaziyasına uyğun yığır. Bu uşaqlar öz üzərilərində işləsələr, gələcəkdə çox güclü kadr ola bilərlər".

Kostyumçu və dərzi ixtisası üzrə müəllimə Sevil Əzizova deyir ki, qızlar bu işə xüsusi maraqlıdır. Onlar artıq özləri müxtəlif paltarlar tikə bilirlər: "Uşaqlarımız bütün geyimləri özləri işləyib. Son bir ayda şagirdlərimiz çox paltar tikib".

Müəllim deyir ki, məktəbdə uşaqların öyrənməsi üçün bütün şərait var: "Bəzən olur ki, uşaqlar dərsə çox həvəssiz başlayırlar. Amma bir neçə gündən sonra dərsə elə həvəslə yanaşırlar ki, məəttəl qalırsan". 

Təndiri heç nə əvəz edə bilməz - Sputnik Azərbaycan
VİDEO
Çörəkbişirmə sənətinin vazkeçilməzi - təndir

Qeyd edək ki, məktəbin şagirdləri Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar.

Zöhrə Ağalarova məktəbə daxil olmamışdan öncə toxuculuqla məşğul olurmuş. Dərziliyi isə bu məktəbdə öyrənib: "Mən moda dizaynları etmək istəyirəm. Mümkün olsa, gələcəkdə bu işlə professional məşğul olacağam".

Məktəbin direktoru bildirir ki, şagirdlər özləri fərdi şəkildə də işlər götürə bilirlər: "Bu məktəbdə uşaqlar üçün çox imkan yaradılıb. Tutaq ki, biri mühəndis olmaq istəyir. Bir var ki, 11-ci sinfi bitirib mühəndisliyi oxuyasan, bir də var ki, 9-cu sinfi bitirib, peşəyə yiyələnib, sonra mühəndisliyi oxuyasan. Məktəbdə uşaqlar arasında da mehribanlıq, səmimilik var. Çünki istehsalatda səmimiyyət, ünsiyyət yaranır".

Məktəbin dekorasiya emalatxanası da var. Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir. Uşaqlar kağızdan, xəmirdən müxtəlif dekorasiyalar hazırlayır.

Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir. P.Həmzəyev bildirir ki, uşaqlar məktəbi bitirəndən sonra professional usta kimi çalışa bilirlər: "Hal-hazırda uşaqların çoxu müxtəlif qurumlarda istehsalat təcrübəsindədir". 

Peşə təhsili - Sputnik Azərbaycan
ELM
"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanacaq

Məktəbin şagirdi Fəridə Şərifovanın sözlərinə görə, o, bərbərliyin dərinliklərinə bu məktəbdə yiylənib: "Mən bu sənəti sıfırdan burada öyrənmişəm. Hal-hazırda Gənc Tamaşaçılar Teatrına istehsalat təcrübəsinə gedirəm. Çox maraqlı sənətdir. Maraq olandan sonra öyrənmək də çətin olmur".

Nurlan Dadaşov deyir ki, əvvəlcə sırf kişi saç düzümlərini öyrənməyi düşünürmüş. Amma məktəbə gələndən sonra burada həm kişi, həm də qadın saç düzümlərini öyrənib: "Düşünürəm ki, gələcəkdə bu sənət üzərində bir qədər də çalışım və universal usta ola bilim".

"İnteryer və eksteryerin bədii tərtibatı" qrupunun müəllimi Gülnar Əliyeva bildirir ki, uşaqların dekorasiya hazırlamağa maraqları böyükdür. Onlar yeniliklər etməyi, yeni ideyalar üzərində işləməyi sevirlər. Burada uşaqlara müxtəlif texnikalarla dekorasiyaların hazırlanması öyrədilir: "Uşaqlar güllərdən "Allah" sözünü özləri yaradıb. Ziyafət stolu, şüşə, daşlarla dekorasiyalar hazırlamağı çox sevirlər. Uşaqlarımız çox aktivdir".

Qeyd edək ki, məktəbin direktoru bizi müşayiət edərək bütün istehsalat otaqları ilə tanış edib, məlumat verdi. Onun sözlərinə görə, uşaqların kitablara da böyük marağı var: "Kitab oxumaq bizim yaralı yerimizdir. Çox zaman deyirlər ki, gənclərdə kitab oxumağa maraq qalmayıb. Amma bizim məktəbdə şagirlərimiz kitaba da maraq göstərirlər". 

Təhsil üzrə ekspert Asif Cahangirov - Sputnik Azərbaycan
Ekspert: “Peşə təhsili sistemində müəyyən canlanma və irəliləyiş var”

P.Həmzəyev həmçinin qeyd etdi ki, uşaqlar rayon miqyasında tədbirlərdə də fəal iştirak edir, öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, 5 saylı Peşə Məktəbi "Video çəkiliş üzrə operator", "kinomontajçı", "səs operatoru", "qrimçi pastijor", "interyer və eksteryerin bədii tərtibatçısı", "kostyum ustası və dərzi", "telekommunikasiyada kompüter texnikasının istismarı üzrə opreator", "kompüter ustası"," işıq operatoru", "bərbər-vizajist", "tədbir və mərasim təşkilatçısı" ixtisasları üzrə formalaşmış yeganə peşə məktəbidir.

Xəbər lenti
0