Ekspert: “Peşə təhsili sistemində müəyyən canlanma və irəliləyiş var”

© Photo : Youtube / Ders EviTəhsil üzrə ekspert Asif Cahangirov
Təhsil üzrə ekspert Asif Cahangirov - Sputnik Azərbaycan
Abunə olmaq
Asif Cahangirov: “Bu qanunun qəbul olunması təhsilin inkişafına təsir edəcək”

Asif Cahangirov: “Bizdə mühəndis pedaqoji kadrlar hazırlanmır”
Milli Məclisdə “İlk peşə-ixtisas təhsili haqqında” qanun layihəsi üzrə İşçi Qrupu yaradılıb. Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin rəhbərlik edəcəyi İşçi Qrupuna millət vəkilləri və müvafiq strukturların nümayəndələri daxil edilib.  

Təhsil üzrə ekspert Asif Cahangirov deyir ki, bu qanunun qəbul olunması ilk peşə təhsilinin inkişafına kömək edəcək: “İlk peşə təhsili sistemində müəyyən canlanma və irəliləyişlər var. Azərbaycanda maraqlı layihələr həyata keçirilir, artıq özəl ilk peşə təhsil müəssisələri də yaranıb. Bunun özü çox müsbət nailiyyətlərdir. Belə bir qanunun qəbul olunması isə, sözsüz ki, ilk peşə təhsilinin inkişafına çox müsbət təsir göstərəcək”.

“Bizim peşə təhsilimizin standartları unifikasiya olunmuş beynəlxaql standartlar götürülməlidir ki, bizim mütəxəssis Avropa və Amerika səviyyəsində istənilən əmək bazarında özünə iş yeri tapa bilsin. Onun üçün deyil ki, o gedib xaricdə işləsin. Əsas odur ki, beynəlxalq standartlara uyğun mütəxəssis Azərbaycanda fəaliyyət göstərə bilsin. İkinci vacib məsələ isə odur ki, bizdə mühəndis pedaqoji kadrlar hazırlanmır. Çox vacibdir ki, ilk peşə təhsili sistemində dərs deyən müəllimlər yüksək səviyyəli mühəndislər olsunlar, amma bununla belə pedaqoji səriştələrə də malik olan şəxslər olsunlar” — deyə o bildirib.

Xəbər lenti
0