Astara rayonunun Pensər kəndi rayonun ən qədim tarixə malik kəndlərindəndir. Bu kənddə bir məhəllə var ki, kəndin özü kimi, Respublika miqyasında, hətta ölkə xaricində tanınır. Həmin məhəllədə 50-yə yaxın usta yaşayır. Onların hamısı eyni peşənin sahibləridir — saxsı materialdan təndir düzəldirlər.
Ustalar təndirə tələbatın çox olduğunu bildirirlər. Təndir həm də yanacağı az aparır. Çörəkbişirmə sahəsində nə qədər yeniliklər olsa da, təndiri heç nə əvəz edə bilməz.