CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu sənətkarın həyatda bir prinsipi var

© Sputnik / Ilham MustafayevTovuz rayon sakini Tahir Qasımov
Tovuz rayon sakini Tahir Qasımov - Sputnik Azərbaycan
Abunə olmaq
Son bir ayda hazırladığı əl işlərindən bir dənəsi belə satılmasa da, bu ustanı həvəsdən salmır

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Onun, demək olar ki, həyatda bacarmadığı sənət yoxdur. Dülgərlikdən tutmuş bənnalığa, rəngsazlıqdan başlamış oymaçılığa kimi bütün sahələrdə özünü sınayıb. Lakin bir iş qəzasından sonra əvvəllər heç vaxt işlətmədiyi bir sənət onu özünə bağlayıb.

© Sputnik / Ilham MustafayevAğacdan yonulmuş çilçıraq
Ağacdan yonulmuş çilçıraq - Sputnik Azərbaycan
Ağacdan yonulmuş çilçıraq

Artıq 30 ildir ki, yandırma və kəsmə üsulu ilə taxtadan müxtəlif suvenirlər hazırlayan Tovuz rayon sakini Tahir Qasımov sənətə gəlişini belə nəql edir: "Rayon mərkəzində yanmış uşaq univermağını yenidən tikirdik. Orda ayaqaltıdan yıxıldım və iki ay xəstə yatdım. İşləmirdim deyə evdə çörək almağa pul qalmamışdı. Bir gün yatanda yuxuma nurani bir kişi girdi və mənə dedi ki, "niyə yatırsan? Atandan sənə çox böyük sənət qalıb, onu davam etdir". Səhər tezdən oyandım. Həyətdə kəsilmiş qoz ağacları var idi. Başladım onları yonub fiqurlar düzəltməyə. Həmin birinci əl işimi hələ də saxlayıram. O hadisədən sonra başladım yalnız bu sahədə çalışmağa. Düzdür, ağır iş deyil, amma çox böyük səbr və hövsələ tələb edir" — deyir Tahir usta.

© Sputnik / Ilham Mustafayev"Morj" adlı quldur gəmisini usta 18 günə düzəldib
Morj adlı quldur gəmisini usta 18 günə düzəldib - Sputnik Azərbaycan
"Morj" adlı quldur gəmisini usta 18 günə düzəldib

O, hər əl işinin üzərində saatlarla, günlərlə işləyir. Daha çox satılan, həm suvenir, həm məişət əşyası kimi istifadə edilə bilən çilçıraqlar və müxtəlif qabların hazırlanması ilə məşğul olsa da, sənət nümunəsi yaratmaq, yeni fiqurlar, əşyalar düzəltmək həvəsi ilə daim axtarışlar edir. Onun düzəltdiyi nərdtaxtalar isə Tovuzda adla deyilir. Sənətkar nərdtaxtaların qiymətinin 40 manatdan 400 manata kimi olduğunu deyir. Ustanın sözlərinə görə, satışda bundan iki dəfə ucuz qiymətə nərtaxta tapmaq mümkündür, lakin onun hazırladığı nərdtaxtalar daha dözümlüdür. Usta satanda əşyalarına zəmanət verdiyini, hətta neçə ildən sonra belə hər hansı hissəsində problem yaranarsa, onu təmənnasız təmir etdiyini deyir. 

© Sputnik / Ilham MustafayevSuvenir nərtaxtalar
Suvenir nərtaxtalar - Sputnik Azərbaycan
Suvenir nərtaxtalar

Xüsusi zövqlə işlənmiş, üzərində Şah İsmayıl Xətainin, Nizaminin rəsmləri həkk edilmiş nərdtaxtalara isə əsl sənət əsəri demək olar. Xüsusi məftillərlə, şüşələrlə işlədiyi bu əl işlərinə həftələrlə vaxtını sərf edib. Hətta təbii çıxsın deyə, rəsmlərini həkk etdiyi insanların bığ və saqqal hissəsini saç tükündən hazırlayıb. 

© Sputnik / Ilham MustafayevAt arabası
At arabası - Sputnik Azərbaycan
At arabası

Son günlər filmdən görərək düzəltdiyi, 18 günə hazırlanmış "Morj" adlı quldur gəmisi isə əsl gəmidən seçilmir. Bu işin üzərində diqqətlə işləyib və demək olar ki, gəminin hər bir detalı nəzərə alınıb. Hətta bu gəminin sükanı, su çəlləkləri, yanlarındakı kiçik qayıqları da var. Bu əl işinə 250 manat qiymət qoyan sənətkar fiqurun görkəmi ilə yanaşı dözümlülüyünə də çox diqqət ayırdığını bildirir. 

© Sputnik / Ilham MustafayevO, hər əl işinin üzərində saatlarla, günlərlə işləyir
O, hər əl işinin üzərində saatlarla, günlərlə işləyir - Sputnik Azərbaycan
O, hər əl işinin üzərində saatlarla, günlərlə işləyir

İki övlad atası olan Tahir Qasımov qızının daha çox bu işə maraq göstərdiyini, müstəqil olaraq fiqurlar düzəldə bildiyini deyir. 

Usta satışla bağlı isə çətinliyinin olduğunu gizlətmir. Əl işlərini satmaq üçün heç yerə aparmadığını, ən çox tanıyan-bilən adamların gəlib nə isə aldığını deyir. Onun sözlərinə görə, artıq bir aydan çoxdur ki, bir dənə fiquru belə satılmayıb.  Lakin buna görə sənətkar ruhdan düşmür: "Satışın olmamağı problem deyil. Əvvəl-axır satılacaq. Əsas odur işləyəsən, yaradasan. Yaradırsansa yaşayırsan". 

Xəbər lenti
0