Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Türkiyə qısa müddətdə bu addımları atmazsa...

© REUTERS / Murat CetinmuhurdarRəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb dünyası Türkiyə kimi əhəmiyyətli bir müttəfiqini itirə bilər

BAKI, 14 mart — Sputnik. Avropanın bir sıra aparıcı ölkələri ilə Türkiyənin münasibətlərində ciddi gərginlik yaşanır. Hollandiyada yaşanan son olay Türkiyə — Avropa İttifaqı münasibətləri kontekstində yeni mərhələnin başlanğıcı kimi də dəyərləndirilə bilər.

Rotterdam şəhərindəki Türkiyə konsulluğu qarşısında etirazçılarla polislərin toqquşması, 12 mart 2017-ci il - Sputnik Azərbaycan
TƏHLİL
Onlar niyə şiddətə əl atırlar?

Bu məsələdə ən acınacaqlı hal odur ki, Aİ-yə üzv olmaq və vətəndaşlarına Avropa ölkələrinə vizasız getmək şansı qazanmaq istəyən Türkiyənin, artıq nazirlərinin səfərlərində ciddi problemlər yaşanır. Düzdür, Aİ-nin Türkiyəyə münasibətdə səmimi olmadığı da vurğulanmalıdır. Bütün baş verənlərə rəğmən Aİ-nin Türkiyə ilə məsafə saxlamaq cəhdi göz önündədir.

Qurum Türkiyədən çox şeylər almaq istəsə də, bunun müqabilində müəyyən addımlar atmaq istəmir. Türkiyə çox qaynar bir regionda yerləşir. Belə bir regionda mövcud olan dövlətin çox aydın daxili və xarici siyasəti olmalıdır. Türkiyə diplomatiyası isə bəzən qeyri-ardıcıllığı ilə diqqəti cəlb edir.

Həm müttəfiqlər üçün, həm də özünün ciddi daxili problemləri olan ölkədəki toplumun bütün kəsimləri üçün aydın, sabit, ardıcıl uzunmüddətli daxili və xarici siyasət olmalıdır. Doğrudur, Aİ-nin öz spektrləri var. İttıfaqın uzun illərdir qapılarını Türkiyəyə bağlaması və öz iddialarını ortaya qoyması təəssüf doğurur. Avropa İttifaqı 50 ildən artıqdır Türkiyəni qapı ağzında saxlayır və regionda, xüsusən Türkiyədə öz geosiyasi marağını təmin etməyə çalışır. Türkiyəni qana bulayan PKK terrorçuları, İŞİD-çilər isə birbaşa Avropadan dəstək alırlar.

Əslində, Türkiyədə baş verən siyasi və ictimai proseslər Qərbi maraqlandırmır. Öz maraqları naminə Ankaranı sıxışdırırlar. Belə getsə, Qərb dünyası Türkiyə kimi əhəmiyyətli bir müttəfiqini itirə bilər.

Əlaqələrin dondurulması Avropanın maraqlarına cavab vermir. Lakin bütün gərginliyi yalnız Avropanın "türk düşmənçiliyi" ilə bağlamaq da yanlış olardı. Təəssüflər olsun ki, son illərdə Türkiyə qeyri-ardıcıl daxili və xarici siyasət həyata keçirib. Daxili siyasətdə, məsələn, "kürd açılımı" siyasəti hamıya məlum idi. Kürd probleminin həllinə yönələn bir siyasət həyata keçirilirdi.

Ərdoğan və Merkel - Sputnik Azərbaycan
TƏHLİL
Bu qədər türk düşməninin Almaniyada sığınacaq tapması təsadüfdür?

Lakin bir il bundan əvvəl "kürd açılımı" siyasətinə son qoyuldu. Kürd terroruna qarşı bir savaş elan edildi. Türkiyə siayəsətinə ordunun təsirini azaltmaq üçün həyata keçirilən siyasət də birmənalı qarşılanmadı. Eyni zamanda, ordunun rəhbərliyi dövlət çevrilişlərinə cəhddə ittiham edildi və bunun nəticəsində ordunun böyük bir kəsimi neytrallaşdırıldı.

Bir müddətdən sonra məlum oldu ki, həbs edilənlərin əksəriyyəti "Ergenokon"çu və "Balyoz"çu olmayıb. Daha sonra hakim elita parçalandı və bunun nəticəsində daxili siyasətdə ciddi problemlər yaşandı. Xarici siyasətdə "qonşularla sıfır problem" şüarı elan olunmasına baxmayaraq, qonşularla münasibətlərin korlanması müşahidə edilməyə başladı. Nəticə etibarı ilə, Türkiyənin hətta tərəfdaşları, müttəfiqləri ilə ciddi problemləri yarandı.

Bu gün Türkiyənin qonşuları ilə — Suriya, Ermənistan, Avropa ölkələri ilə çox ciddi problemləri var. NATO dövlətləri ilə problemlər yaşayan Ankaranın ABŞ ilə münasibətləri də ideal deyil. İsrail ilə münasibətlərdə də bir boşluq müşahidə edilir. Sözsüz ki, bütün bunlar qaynar nöqtədə yerləşən dövlət üçün problemlər yaratmalı idi.

Lakin son proseslər nəticəsində hakim partiya öz mövqelərini möhkəmləndirə bilər. Ərdoğan bu hadisələrdən prezident idarəetməsinə keçid və konstitutsiyanı dəyişdirmək üçün yararlana bilər.

Lakin bir nüansı nəzərə almaq lazımdır ki, Türkiyənin sadalanan xarici və daxili problemləri həll olunmamış qalır. Terror dalğası davam edəcəksə, xarici dövlətlərlə problemlər qısa müddət ərzində həll olunmayacaqsa, həbslər davam edəcəksə, durum daha da gərginləşə bilər…

Xəbər lenti
0