CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dilənçi uşaqdan etiraf: Mən oxumaq istəyirəm, amma...

© Sputnik / Irade JELILDilənçi
Dilənçi - Sputnik Azərbaycan
Abunə olmaq
“Sən Əbəlfəz, mənə bir çörəkpulu ver” – deyə dilənən uşaqlar Əbəlfəzin kim olduğunu Sputnik Azərbaycan-ın əməkdaşına açıqladılar

BAKI, 24 fev — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda avaralıq, dilənçiliklə məşğul olan uşaqların və küçə uşaqlarının sayını açıqlayıb. Məlumata görə, ötən il 25 küçə uşağı aşkarlanıb. 2016-cı ildə avaralıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 512 uşaq müəyyənləşdirilib.

Dilənçiliklə məşğul olan küçə uşaqları hər yerdə qarşımıza çıxır. Ötən gün Sabunçu qəsəbəsində “Sən Əbəlfəz, mənə bir çörəkpulu ver”, “Sən Əbəlfəz bir hamburqer al yeyim” deyən 3 uşaq qarşımı kəsdi. Birinə 40 qəpik verdim.  Digərləri “mənə də ver” deyə əl çəkmirdi. Sonra təklif etdim ki, gəlin şəklinizi çəkim, söhbət edək. Razılaşdılar. Tanış olduq. Onların adları belə idi: Yusif, Zeynəb, Mühəmməd. 

Ət - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Bunu görən uşaq ya qəssab olacaq, ya da...”

Yusif danışır ki, valideyinləri var, amma dilənçiliklə məşğul olmaq onların adətidir, çünki qanlarında var:

— Yusif, Əbəlfəz kimdir? 

— Əlinin oğlu.

— Əli kimdir?

— İmamdır da. Mənim adım da peyğəmbər adıdır. Bu adlar hamısı “Quran”da var. 

— Sən “Quran” da oxuya bilirsən?

— Mən yox, amma qardaşım oxuyur. O mənə danışır.

— Bilirsən də, “Quran”da dilənçilik yoxdur.

— Bilirəm, amma bu bizim adətimizdir, qanımızda var. Dilənməsək olmaz.

© Sputnik / Irade JELILDilənçilik edən küçə uşaqları
Dilənçilik edən küçə uşaqları  - Sputnik Azərbaycan
Dilənçilik edən küçə uşaqları

Yusif çox ağıllı oğlandır. Deyir ki, o da təhsil almaq istəyir, amma adətlər var ki, onlara əməl etmək məcburiyyətindədir. Yusifin dediyinə görə, yığdıqları pulu analarına verirlər.

Sonra balaca Yusiflə danışıb razılığa gəldik ki, mən ona şalvar-köynək gətirim. Dedi ki, səni şənbə günü gözləyəcəm. Razılaşdıq və bacı-qardaşını öz dillərində başa salıb, apardı. 

Hüseyn Ərəblinski - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Milyonçunun arvadı dilənərək öldü

Ölkəmizdə yüzlərlə belə uşaq var. Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akiflinin sözlərinə görə, Azərbaycanda qaraçı deyil, roman qrupuna aid uşaqlar var: “Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da roman qrupuna aid olan yetərincə insan var. Dilənçiliklə təkcə onlar deyil, onların anaları, nənələri də məşğul olur. Roman qrupundan olan uşaqlar təkcə öz uşaqlarını deyil, başqalarının uşaqlarını da diləndirirlər. Bu onların mental dəyərləridir. Onların bütün dünyada işi eynidir — dilənmək. Yəni hansısa dövlət qurumu, hansısa şəxs bunların mental dəyərlərini dəyişə bilməz”.

Akifli bildirir ki, Azərbaycan Uşaqlar Birliyinin nəzdində 6 ildən çoxdur ki, Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzi fəaliyyət göstərir. Burada ailəsi tərəfindən imtina edilmiş, atılmış, zorakılığa məruz qalmış uşaqlar yaşayır: “Sığınacaqda iki roman uşağı da var. Uşaqlardan birinin həyatı çox maraqlı idi. Uşağı metropolitendə aşkarlayıb bizə vermişdilər. Biz onun nənəsini axtarışa vermişdik. Nənə gəlib dedi ki, “dilənmək bizim adətimizdir, biz dilənərək yaşayırıq”. Amma uşaq dilənmək istəmədiyi üçün nənəsindən qaçıb, metropolitenə sığınmışdı. O, təhsil almaq, normal yaşamaq istəyirdi”.

Müsahibimizin sözlərinə görə, roman qrupları istəsə, uşaqlarına dilənçiliyi aşılamaz. Amma bu adət-ənənə kökdən gəldiyi üçün, onlar uşağa körpəlikdən bunu öyrədirlər. 

Aktyor Allahverdi Yolçuyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik"

Akifli bildirir ki, bizə hər yerdə yaxınlaşıb imamların adını sadalayan, onların canına and verən romanlar əslində heç bir dinin nümayəndəsi deyillər. Roman qrupları yaşadıqları, məskunlaşdıqları ölkələrə uyğun olaraq özlərinə din seçirlər. İnsanları din tərəfindən vurmağa çalışırlar: “Onlar bizim dini ocaqlardan, pirlərdən, imamlardan istifadə edərək bizdən pul almağa çalışırlar. Bilirlər ki, din insanların ən zəif yeridir”.   

Dilənçilik hansısa qrupda, millətdə adət-ənənə ola bilər, amma azyaşlı uşaqların dilənçiliyə məcbur edilməsi uşaq hüquqlarının pozulması deməkdir…

Xəbər lenti
0