Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Milyonçunun arvadı dilənərək öldü

© Photo : PUBLIC DOMAINHüseyn Ərəblinski
Hüseyn Ərəblinski - Sputnik Azərbaycan
Abunə olmaq
O sirli tarix 4-5 silsiləyə sığacaq qədər kiçik deyil. Ömrüm olsa, mən, olmasa məndən sonrakılar bu haqda yenə də araşdıracaq, nələrsə tapacaq və yazacaq.

(tarixi araşdırma — dördüncü hissə)

BAKI, 24 may — Sputnik. Birinci, ikinciüçüncü yazılarda və bu yazıda göstərilən mənbələrə istinadən, Azərbaycan mədəniyyətinin gəlmiş-keçmiş ən nəhəng şəxsiyyəti olan Hüseyn Ərəblinski haqqında silsilənin dördüncü və sonuncu hissəsini də sizə təqdim edirəm. 

Dövrün qəzetlərinin və Ərəblinski haqqında xatirələrini bölüşən aktyorların yazdığına görə, Hüseyn Ərəblinskini öldürən dayısı oğlu Əbdülxalıq həbs olunur. Amma çox keçmir ki, həbsdən azad olunur və Qazaxıstana köçür. Eyni zamanda, Ərəblinskinin qətlinə dair bütün sənədlər yoxa çıxır və əfsus ki, bu gün onların heç birini əldə etmək mümkün deyil. Təbii ki, Ərəblinskinin qətlini Əbdülxalıqa sifariş verən Hacı Zeynalabdin Tağıyev kimi milyonçu üçün Əbdülxalıqı həbsdən azad etmək, Qazaxıstana göndərmək və bu qətllə bağlı sənədləri yoxa çıxarmaq elə də çətin məsələ deyildi.

Hüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
YAZARLAR
Yoxsul dənizçi oğlu necə parlaq şəxsiyyət oldu?

Bu günahsız səhnə fədaisinin amansız qətlinin səbəbkarlarından isə zaman dəhşətli intiqam alır. Bəlkə də İlahi ədalət dedikləri budur ki, Ərəblinskinin qətlini sifariş verməsindən heç bir il keçmədən Azərbaycanın Sovet İttifaqının tərkibinə qatılması ilə Tağıyev öz bütün var-dövlətini itirir. O dərəcədə yoxsullaşır ki, 1924-cü ildə vəfat etdiyində onun yas mərasimini Bakı sakinləri öz gətirdiyi ərzaqlarla keçirirlər.

Ən dəhşətli aqibəti isə Hüseyn Xələfovu Hüseyn Ərəblinskiyə çevirən, ona pərəstişkar olmaqla onu böyük bir dəhşətin içinə salan, ölümünün birbaşa səbəbkarı olan Sona Ərəblinskaya yaşayır. Həmin Sona Ərəblinskaya ki, o, Aleksandrski məktəbinin qurucusu, Qızlar məktəbinin yaranmasında Hənifə Zərdabi ilə birlikdə mübarizə aparan, zəhmət çəkən və öz əri — milyonçu Tağıyevi bu məktəbə pul ayırmağa məcbur edən bir maarifpərvər idi. Həmin Sona Ərəblinskaya ki, Qafqazın məşhur tragik artisti Hüseyn Xələfova heyranlıq duyur, onun tamaşalarında iştirak edir, ona güllər bağışlayırdı və bu aktyor-pərəstişkar münasibəti dedi-qoduçuların dilində min cür dona bürünürdü. 

Dərbəndin məşhur generalı Balakişi Ərəblinskinin qızı, dövrün məşhur milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı və ondan dünyaya gətirdiyi beş övladın anası, Azərbaycan tarixində maarifpərvər bir qadın kimi adını yazmış neçə-neçə təhsil ocağının qurucusu olan Sona xanım Ərəblinskaya 1920-ci ildən 1938-ci ilə qədər Bakının küçələrində dilənərək yaşayır. Nəhayət, 1938-ci ilin qarlı qış gecəsində Hüseyn Ərəblinskinin yaşadığı məhəllədə kimsəsiz və dilənçi kimi ölür. Harada dəfn olunduğu da məlum deyil.

Hüseyn Ərəblinski-Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri. Arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
O, erməni senzorun üzünə tüpürdü

Hacı Zeynalabdin Tağıyevin Sona Ərəblinskayadan olan iki oğul övladı da cavan yaşda vəfat edir. Məhəmməd adlı oğlu intihar edir, İlyas adlı oğlu isə xəstəliyə yoluxub, ölür. Bəli, sözdə xeyriyyəçi olan, amma ziyalılara, sənət fədailərinə qənim kəsilən, tipik qeybətcil kütlənin axmaq, əsassız şayiələri ucbatından Ərəblinski kimi bir dühanın qətlini sifariş verən Tağıyev və onun ailəsi bu aqibəti yaşayır. Əlbəttə, bundan artığına layiq də deyildi…

Hüseyn Ərəblinskinin qətlini fürsət bilib, bundan Musavat hökümətinin əleyhinə yararlanan Sovet İttifaqının yaltaq və qorxaq ziyalılarının bir sıra böhtanları, uydurmaları, həqiqəti gizlətmə çabası bu günə qədər gəlib çatan və sözün əsl mənasında ürək bulandıran tarixdir. Zamanında Ərəblinski ilə çiyin-çiyinə çalışmış, 1918-ci ildə qurulan Cümhuriyyətin, xüsusən də Məhəmməd Əmin Rəsulzadənin dəstəyindən yararlanmış ziyalılar Sovet dövründə qorxağa və yaltağa çevrilərək, Musavat hökümətini quldur, cani adlandırmışlar. Əfsus ki, çoxları bu yaltaqlığa və qorxaqlığa "özünü müdafiə" donu geyindirib, haqq qazandırmaqdadır.

Hüseyn Ərəblinskinin qətli Azərbaycanın, ümumilikdə Şərqin sənətə, mədəniyyətə verdiyi qiymətdir. Bəli, əfsus ki, bizim bu zavallı toplum milyonçuya xeyriyyəçi deyib ondan təmənna ummaqda, sənətkara mütrüb deyib onu daşa basmaqda pərgardır. Əfsus ki, bu zavallı toplumun belə çirkin xisləti zaman-zaman böyük şəxsiyyətlərin məhvinə səbəb oldu. Yenə də əfsus ki, bu düşüncə sahibləri 21-ci əsrin 16-cı ilində də yaşamaqda, nəfəs almaqdadır.

Hacı Zeynalabdin Tağıyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xeyriyyəçi milyonçu necə qatil oldu?

Əliqulu Qəmküsar belə yazırdı:
Bir şeyi əcibiz, nə bilim, bir tühəfiz biz!
Öz qövmümüzün başinə əngəl kələfiz biz!

Beləliklə, Azərbaycan professional teatrının, peşəkar aktyor-rejissor məktəbinin banisi, Azərbaycan teatrının qurucularından biri, bu teatrın səhnəsində ilk dəfə Avropa əsərlərini səhnləşdirən və ilk operalarımızın rejissoru olan, eləcə də "Neft və milyonlar sələtənətində" adlı ilk filmimizdə Lütfəli obrazını ifa edən Hüseyn Ərəblinskinin əzab dolu yaşamına, müəmmalı ölümünə aid silsilə yazının sonuna gəldim. Amma o sirli tarix 4-5 silsiləyə sığacaq qədər kiçik deyil. Ömrüm olsa, mən, olmasa məndən sonrakılar bu haqda yenə də araşdıracaq, nələrsə tapacaq və yazacaqdır.

İstinadlar:
Hüseynqulu Sarabski — "Hüseyn Ərəblinskinin tərcümeyi-halı" və "Bir aktyorun xatirələri" kitabları, (1939)
Murad Muradov — "Hüseyn Ərəblinski haqqında xatirələrim" (Teatr Muzeyində əlyazma)
"Qobustan" incəsənət toplusu, 1-ci və 2-ci cild, 1971
"Dostluq səhifələri", Azərnəşr, 1964
Soltanməcid Qənizadə — "Seçilmiş əsərləri", 1965
Mirzağa Əliyev — "Xatirələrim", (1974)
"Gələcək" qəzeti, 1919, 14 mart buraxılışı, Əziz Şərifin və Əliqulu Qəmküsarın məqalələri
Sidqi Ruhulla — "Hüseyn Ərəblinski" (1949)
Hacıağa Abbasov — "Xatirələrim" (1968)
Üzeyir Hacıbəyov, "Revolyusiya və kultura" jurnalı (1939, nömrə 4)
Əziz Şərif — "Keçmiş günlərdən" (1977)
Mehdi Məmmədov — "Hüseyn Ərəblinski" (1973)

Xəbər lenti
0