Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AMADA: Dopinqə düşən idmançılarımızın Rusiya ilə əlaqəsi yoxdur

© Sputnik / Murad Orujovİdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Şəfəq Hüseynli
İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Şəfəq Hüseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Şəfəq Hüseynli: "AMADA Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında alman şirkəti ilə birgə çalışacaq"

BAKI, 23 fev — Sputnik. Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaranması ilə bağlı mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova media nümayəndələrinə agentliyin rəhbəri Şəfəq Hüseynlini təqdim edib. 

© Sputnik / Murad Orujov Глава национального антидопингового агентства Азербайджана (AMADA) Шафаг Гусейнли
 Глава национального антидопингового агентства Азербайджана (AMADA) Шафаг Гусейнли - Sputnik Azərbaycan
Глава национального антидопингового агентства Азербайджана (AMADA) Шафаг Гусейнли

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Milli Antidopinq Agentliyinin yaranması zəruri hal idi. Bu agentlik vasitəsi ilə artıq idmançıların dopinq problemləri daha rahat həll edilə biləcək. 

Daha sonra yeni yaradılan agentliyin rəhbəri Şəfəq Hüseynli açıqlama verib: “Fevralın 17-də Beynəlxalq Antidopinq Agentliyindən (WADA) Azərbaycanın antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarılması ilə bağlı məktub aldıq. Bu səbəbdən də mətbuatla görüşümüz bir qədər sonra baş tutdu”. 

Dopinq-test - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı idmançı Rusiyada dopinq qəbul edib

AMADA-nın rəhbəri Azərbaycanın dopinqlə bağlı problemlərindən də danışıb: “Azərbaycan bu sahədə bir sıra problemlərlə üzləşmişdi. Artıq bu çətinlikləri arxada qoymuşuq. Hazırda fəaliyyət istiqamətimiz idmançıları dopinq testindən keçirmək və maarifləndirməkdir. Həmçinin, federasiyalarda məşqçi və həkim heyətini də savadlandırmaq istiqamətində işlər aparacağıq. Əsas məqsədimiz idmanımızı müdafiə etmək, idmançıların hər biri üçün eyni şəraiti yaratmaqdır. Ölkəmizdə idmançıların saflığını qorumaq əsas missiyamız olacaq. Bu il milli proqram sayəsində 435 test keçirmək nəzərdə tutulub. Hər bir idman növü üçün risk proqramı hazırlanır. Biz də bunu nəzərə alaraq, lazımı testlər götürürük”.

© Sputnik / Murad Orujovİdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Şəfəq Hüseynli
İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Şəfəq Hüseynli - Sputnik Azərbaycan
İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova və Şəfəq Hüseynli

Ş.Hüseynli hər kəsin diqqətdə saxladığı İslam Həmrəyliyi oyunlarında dopinq-testlər haqda da danışıb: “AMADA Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında alman şirkəti ilə birgə çalışacaq. Agentliyin 18 nümayəndəsinin bu işlə məşğul olacağı planlaşdırılır”.

O, qeyd edib ki, bəzi idman növləri dopinqdə risk qrupuna daxildir: “Hazırda 18 dopinq zabiti hazırlayırıq. Onlar İslam Həmrəyliyi oyunlarında iştirak edəcək və sonra AMADA ilə birgə işləyəcək. Oyunlarda iştirak edən bütün idman növləri dopinq-testlərdən keçəcəklər”. 

Azərbaycan millisinin sabiq baş məşqçisi, ikiqat dünya və Avropa çempionu Nizami Paşayev - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanın ikiqat dünya çempionunda dopinq aşkarlandı

Hüseynli deyib ki, Azərbaycanda antidopinq laboratoriyaların olmadığından hələlik analizləri hansı ölkəyə göndəriləcəyini tam müəyyənləşdirməyiblər: “Hələ dəqiq deyil. Böyük ehtimal ki, bütün dopinq-testlər Köln laboratoriyasına göndəriləcək. Bu haqda yekun qərar mart ayında veriləcək”.

AMADA rəhbərinin fikrincə, idmançılarımızın dopinqə düşməsində siyasətin rolu yoxdur: “Bir il ərzində dopinqə düşən idmançılarımızın Rusiya ilə heç bir əlaqəsi yoxdur. Biz, əksinə, WADA-dan hər cür dəstək aldıq. Onlar bizə çox kömək etdilər”.

Hüseynli qeyd edib ki, qurumu 5 nəfərlik ibarət Müşahidə Şurası idarə edəcək: “Tam dəqiqləşəndən sonra Şuranın üzvlərinin adları açıqlanacaq”.

Xəbər lenti
0