Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı Rusiyada dopinq qəbul edib

© AP Photo / Alexander ZemlianichenkoDopinq-test
Dopinq-test - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük məşqçi: "Zubair Dibirovun yerinə keçə biləcək kifayət qədər idmançımız var"

BAKI, 6 dek — Sputnik. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət milli yığmamızın üzvü Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı (dopinq) aşkarlanıb. Məsələ ilə əlaqədar Sputnik-ə açıqlama verən gənclərdən ibarət milli komandanın böyük məşqçisi Şaban Donat, Dibirovun hansı şəraitdə dopinq qəbul etməsindən xəbərsiz olduqlarını bildirib.

© AZƏRTACŞaban Donat
Şaban Donat  - Sputnik Azərbaycan
Şaban Donat

"Bu xəbər ortaya çıxdıqdan sonra Zubair Dibirovu görməmişəm. Dopinqi necə qəbul edib, bilmirik. Eşitdiyimə görə, müalicə alarkən dopinq qəbul edib", — məşqçi deyib.

Donat idmançıları daim nəzarətdə saxladıqlarını qeyd edib: "Onları tez-tez dopinq testlərdən keçiririk. Bilirsiniz, bir idmançı dopinq qəbul etmək istəyirsə, bizdən xəbərsiz başqa yerdə də qəbul edə bilir. Bunun məsuliyyətini idmançı daşıyır. Həmçinin, Zubair Dibirov Azərbaycan vətəndaşı olsa da, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır. Hesab edirik ki, dopinqi də orada qəbul edib".

Böyük məşqçi deyib ki, Azərbaycanda güləş idman növündə rəqabət böyükdür: "Azərbaycanda idmana olan diqqət və qayğı sayəsində xeyli sayda gənc güləşə cəlb olunub. Bunu nəzərə alaraq deyə bilərəm ki, Zubair Dibirovun yerinə keçə biləcək kifayət qədər idmançı var".

"Güclü idmançı heç vaxt dopinq qəbul etməz. Deməli, özünə inamı olmadığı üçün dopinq qəbul edib", — Donat əlavə edib.

Qeyd edək ki, Fransanın Makon şəhərində yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatı zamanı Dibirovun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də, 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.

Xəbər lenti
0