BAKI, 24 avq — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilməyən idmançıların adlarını açıqlayıb. Sputnik IWF-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Çin, Belarus, Qazaxıstan, Ukraynanı təmsil edən idmançılarla yanaşı azərbaycanlı atletin də adı var.
Orqanizmindən, istifadəsi qadağan olunmuş preparatlar aşkarlanan idmançımız ikiqat dünya və Avropa çempionu Nizami Paşayevdir. Onun qanında 3 preparat — Dehidroxlormetiltestosteron, Oksandrolon və Stanozolol preparatları aşkarlanıb.
Qeyd edək ki, N. Paşayev Pekin olimpiadasında birdən və təkanla qaldırma hərəkətlərinin cəmində 396 kq nəticə ilə 5-ci yeri tutub.